Icma.az
close
up
RU
Alimlər Tutanxamonun mumiyasını parçalayıblar İlginc fakt

Alimlər Tutanxamonun mumiyasını parçalayıblar İlginc fakt

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Misirdə firon Tutanxamunun qalıqlarının tapılmasından 100 il keçir və indi bir tədqiqatçı həmin qazıntılarla bağlı az tanınan faktları üzə çıxarıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, britaniyalı arxeoloq Hovard Karter və misirli arxeoloqlardan ibarət komanda məşhur məzarı Krallar Vadisində aşkarlayıb, lakin mumiyanı tabutdan çıxarmaq üçün onun başını kəsməyə və bədənini parçalamağa məcbur olublar.

Fironun mumiyası eramızdan əvvəl 1323-cü ildə keçirilmiş dəfn mərasimindən qalan qədim qatranla örtülüb və bu qatran 3300 ildən çox müddətdə sərtləşərək daş kimi yapışqan bir təbəqəyə çevrilib.

Qeyd edilir ki, Karter tapıntılar haqqında üç kitab yazsa da, mumiyanın parçalanması ilə bağlı təfərrüatları qəsdən gizlədib. Mütəxəssislərin fikrincə, o, bu məlumatları ictimaiyyətin qınağından çəkinmək üçün açıqlamayıb.

Birmingem Universitetindən Eleonora Dobson həmin anın dəhşətlərini belə təsvir edib:

“Sonrakı yarılma prosesi dəhşətli idi. Tutanxamunun başı kəsildi, əl və qol sümükləri çiyinlərdən, dirsəklərdən və biləklərdən ayrıldı, ayaqları bud, diz və topuq hissələrindən qoparıldı, gövdəsi isə çanaq hissəsindən ayrıldı”.

O əlavə edib: “Onun qalıqları sonradan bütöv bədən təsiri yaratmaq üçün yapışdırıldı bu, prosesin qəddarlığını gizlədən qorxunc bir rekonstruksiya idi”.

Bu açıqlamalar fironun məzarını narahat edən hər kəsi bədbəxtlik, xəstəlik və ölümə sürüklədiyi deyilən “fironun lənəti” ətrafındakı mifləri yenidən gündəmə gətirib.

Bu “lənət” anlayışı Karterin ekspedisiyasının əsas üzvlərinin fironun məzarı aşkar edildikdən sonra müəmmalı şəkildə ölməsi ilə bütün dünyada yayılıb. Onların arasında Karterin ekspedisiyasının sponsoru lord Karnarvon da olub. O, bir həşəratın dişləməsindən yaranmış qan zəhərlənməsindən ölüb. Karter isə Hodçkin limfomasından 64 yaşında ölənədək lənətin varlığını inkar etməkdə davam edib.

Aradan bir əsr keçdikdən sonra bəzi tədqiqatçılar, o cümlədən Dobson Karterin Tutanxamunun dəhşətli şəkildə parçalanmasını qəsdən gizlətdiyini iddia edirlər. Bu iddialar 1960–1970-ci illərdə aparılan araşdırmalardan sonra daha da aktuallaşdı, çünki tədqiqatçılar Tutanxamunun bədəninin məhz yarılmadan sonra yapışdırılaraq bütöv kimi göstərildiyini aşkar ediblər.

Bununla belə, alimlər onilliklərdir mübahisə edirlər: Karter və komanda 1920-ci illərin texniki imkanlarını nəzərə alaraq başqa çıxış yolu tapa bilərdilərmi?

Karterin qeydlərinə əsasən, mumiyanın bədəni tabutun dibinə tamamən yapışmışdı. Çünki 3300 il əvvəl kahinlər fironu çoxlu miqdarda qatran və yağla örtüblər və bu maddə sərtləşərək daş kimi möhkəm yapışqan təbəqəyə çevrilib.

Onlar günlərlə qızmar Misir günəşi altında qızıl sarkofağı açıq saxlayıb, üstəlik, qatranı əridə bilmək üçün lampalardan istifadə ediblər. Lakin heç nə kömək etməyincə Karter, anatomlar Duqlas Derri və Saleh Bey Hamdi fironu tabutdan güc tətbiq edərək çıxarmağa qərar veriblər.

Onlar adi bıçaqları qızdıraraq qatranı əridiblər, daha sonra bıçaq, keskən və çəkici istifadə edərək mumiyanı tabutdan hissə-hissə qoparıblar. Əvvəlcə Tutanxamunun məşhur qızıl maskasını çıxarıblar, sonra isə başını bədənindən ayırıblar. Ardınca gövdəni iki yerə bölüb, qolları və ayaqları oynaq yerlərindən sındırıblar.

Nəticədə həm mumiyanı, həm də içindəki qiymətli qızıl və zinət əşyalarını çıxarmaq üçün bədən 12-dən çox hissəyə ayrılıb.

Şəddətli prosesdən sonra Karter və anatomlar hər parçanı isti parafinlə örtüb qorumuş, daha sonra sərgi üçün onları qatranla birləşdiriblər.

Dobson bunu belə şərh edib:

“Karterin qazıntılarını yalnız misirşünaslıq üçün böyük nailiyyət kimi deyil, həm də etik baxımdan yenidən düşünüləsi bir məqam kimi qiymətləndirmək lazımdır”.

O əlavə edib: “Tutanxamunun bədəninin parçalanmasının rəsmi mənbələrdə gizlədilməsi bizi arxeoloji nailiyyət anlayışını yenidən nəzərdən keçirməyə və keçmişə daha tənqidi yanaşmağa vadar edir”.

Karterin metodları bəzi tədqiqatçılar tərəfindən sərt şəkildə tənqid olunsa da, digərləri həmin dövrün imkanlarını nəzərə alaraq onu müdafiə edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri