Icma.az
close
up
RU
Alimlər ürəkdə Mini Beyin aşkar ediblər

Alimlər ürəkdə Mini Beyin aşkar ediblər

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ürəyin yalnız beyin tərəfindən idarə olunduğu fikri elm adamları tərəfindən edilən təəccüblü kəşflə dəyişir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, İsveçin Karolinska İnstitutunun və ABŞ-ın Kolumbiya Universitetinin alimləri ürəyin öz sinir sisteminə malik olduğunu aşkar ediblər. "Mini beyin" adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.

Uzun illər ürəyin beyinə bağlı avtonom sinir sistemi vasitəsilə idarə olunduğu düşünülürdü. Ancaq araşdırmalar göstərdi ki, ürək divarındakı bu sinir şəbəkəsi düşünüldüyündən çox daha mürəkkəb bir quruluşa malikdir və ritm tənzimlənməsində müstəqil rol oynayır.

Karolinska İnstitutundan dos. Dr. Konstantinos Ampatzis: "Beyin nəfəs alma və ya hərəkət kimi ritmik funksiyaları tənzimlədiyi kimi, bu kiçik beyin ürək döyüntüsünü idarə etməkdə mühüm rol oynayır",- deyə qeyd edib.

Tədqiqat ürəkdə müxtəlif funksiyaları olan bir neçə növ neyron müəyyən edib. Bunlardan biri ürəyin "təbii stimulyatoru" kimi fəaliyyət göstərən bir qrup neyrondur. Bu kəşf ürək ritminin necə idarə olunduğuna dair mövcud baxışları dəyişdirir və yeni klinik üfüqlər açır.

Tədqiqat insan ürəyinə oxşar ritmlərə və funksiyalara malik zebra balığı üzərində aparılıb. Tədqiqatçılar təkhüceyrəli RNT ardıcıllığı, anatomik tədqiqatlar və elektrofizioloji üsullardan istifadə edərək, ürəkdəki neyronların quruluşunu, təşkilini və funksiyasını xəritələşdiriblər.

Doktor Ampatzis: "Biz məşq, stress və ya xəstəlik kimi müxtəlif şəraitlərdə ürəyin neyron şəbəkəsi ilə beyin arasındakı qarşılıqlı əlaqəni araşdırmağa davam edəcəyik. Ürəyin neyron şəbəkəsindəki pozğunluqların müxtəlif ürək xəstəliklərinə necə kömək etdiyini araşdıraraq yeni müalicə hədəflərini müəyyənləşdirməyi hədəfləyirik", - deyə bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri