Icma.az
close
up
RU
Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi vulkanlar, adətən püskürmədən əvvəl baş verən zəlzələlər və yer səthinin qalxması kimi xəbərdaredici siqnallar olmadan püskürə bilir. Bu cür "gizli” püskürmələr yaxınlıqda yerləşən yaşayış məntəqələri və hava nəqliyyatı üçün xüsusilə təhlükəlidir. İllinoys Universitetindən doktor Yuyu Linin rəhbərlik etdiyi alimlər qrupu bu qəfil hadisələri izah edən fiziki model təqdim edib. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Earth Science” jurnalında dərc olunub.

Tədqiqata əsasən, gizli püskürmələrə səbəb olan əsas amillərdən biri magmanın zəif axını və ətraf qayaların isti olmasıdır. İsti qayalar çatlamaya daha az meyilli olduğundan, adətən püskürmədən əvvəl müşahidə olunan seysmik siqnalların və deformasiyaların sayı azalır.

Tədqiqat göstərib ki, yüksək miqdarda magma axını nəzərəçarpacaq deformasiya və xəbərdaredici siqnallara səbəb olur, lakin az miqdarda magmanın kiçik kameraya axması "səssiz” püskürməyə gətirib çıxara bilər. Həmçinin, magmatik kameranı əhatə edən isti qayalar magmanın hərəkəti olsa belə, geofiziki siqnalları zəiflədir.

Model 2018-ci ildə Alyaskadakı Veniaminov vulkanının "gizli” püskürməsindən əvvəlki müşahidələr əsasında qurulub. Alimlər magmatik kameraların həcmi, forması və dərinliyi, magmanın axın sürəti və temperaturun təsiri kimi müxtəlif parametrləri sınaqdan keçiriblər.

Alimlər gələcəkdə bu cür vulkanların müşahidə effektivliyini artırmaq üçün meyllilik sensorları, optik lifli sensorlar, qaz monitorinqi və zəif siqnalları tutmaq üçün maşın öyrənməsi texnologiyalarından istifadə etməyi planlaşdırırlar.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyun 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri