Icma.az
close
up
RU
Alimlər xərçəngin qarşısını ala bilən təbii maddə aşkar ediblər

Alimlər xərçəngin qarşısını ala bilən təbii maddə aşkar ediblər

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alimlər xərçəng kimi ciddi xəstəliklərin inkişafını dayandıra biləcək təbii birləşmə kəşf ediblər. Bitki mənşəli bu maddə laboratoriya testlərində mühüm bir fermenti təsirsiz hala gətirdi. Hazırda onun müalicəvi təsiri araşdırılır.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, alimlər bəzi xərçəng növlərinin və sinir hüceyrələrinə zərər verən xəstəliklərin, məsələn, dağınıq sklerozun (MS) inkişafını dayandıra bilən təbii birləşmə kəşf ediblər.

Oreqon Sağlamlıq və Elm Universiteti (OHSU) tərəfindən aparılan bu araşdırma Portland Universitetində tələbələrin uzun illər əməyi sayəsində mümkün olub.

Araşdırmalarda bitkilərdə tapılan sulfuretin adlı flavonoid birləşmənin xərçəng və MS ilə əlaqəli əhəmiyyətli bir fermenti təsirsiz hala gətirdiyi müəyyən edilib.

Laboratoriya mühitində aparılan təcrübələrdə alimlər sulfuretinin bu fermentin fəaliyyətini dayandırdığını müşahidə ediblər. İndi bu maddənin terapevtik təsirini, təhlükəsizliyini və mümkün yan təsirlərini araşdırmaq üçün heyvanlar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.

Araşdırmanı aparan professorlardan biri olan Larri Şerman kəşf edilən bu birləşmənin bir çox müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini düşünür. Sülfüretinin hialuronidaza adlı fermentin fəaliyyətini maneə törətdiyi aşkar edilib. Bu ferment orqanizmdə hialuron turşusunu parçalayaraq bəzi xəstəliklərə səbəb ola bilər.

Hialuron turşusunun parçalanması sinir hüceyrələrini qoruyan miyelin qabığının yenilənməsini gecikdirə bilər. Bu vəziyyət MS, insult, beyin zədələnməsi və bəzi demans növləri ilə əlaqələndirilir. Həmçinin xərçəng hüceyrələrinin nəzarətsiz şəkildə çoxalmasına səbəb ola bilər. Alimlər sulfuretinin bu prosesi dayandırmaq potensialına malik olduğunu düşünürlər.

Bu mühüm kəşf Portland Universitetində uzun illər aparılan araşdırmalar nəticəsində ortaya çıxıb. Kimya professoru Angela Hoffman və tələbələri bitkilərdən əldə edilən müxtəlif birləşmələri bir-bir araşdıraraq hansının xəstəliklərə qarşı təsirli olduğunu müəyyən ediblər. Bu illər ərzində aparılan araşdırmalar nəticəsində məlum oldu ki, sulfuretin ən perspektivli birləşmələrdən biridir.

Bu araşdırmanın köməyi ilə elm adamları, sulfuretinin təkcə xərçəng və MS-də deyil, Alzheimer kimi digər neyrodegenerativ xəstəliklərdə də fayda verə biləcəyini düşünürlər. İndi aparılacaq araşdırmalarla bu birləşmənin insan sağlamlığına təsiri daha ətraflı öyrəniləcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri