Alimlər: Yataqda telefonla keçən hər saat yuxusuzluq riskini 60% ə qədər artırır
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə vaxt keçirmək vərdişi yuxuya mənfi təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, norveçli alimlər bununla bağlı "Frontiers in Psychiatry" jurnalında yeni araşdırma dərc ediblər. 18-28 yaş arası 45 mindən çox insanın iştirak etdiyi tədqiqatın nəticələrinə görə, yataqda telefon istifadəsi yuxunun müddətini azaldır və yuxusuzluq riskini artırır.
Araşdırmaya əsasən, yataqda telefonla keçən hər saat yuxunu 24 dəqiqə qısaldır və beynin rahatlanmasını çətinləşdirir. Bundan əlavə, yuxusuzluq riski 59% artır. Davamlı yuxusuzluq isə ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiq kimi xroniki xəstəliklərə yol aça bilər.
Alimlər bildiriblər ki, insanlar telefonlarını necə istifadə etmələrindən asılı olmayaraq, bu vərdiş onların yuxu keyfiyyətini pisləşdirir və yuxu müddətini azaldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















