Icma.az
close
up
RU
Alimlər: Yeni mədə balonu arıqlama prosesinə töhfə verə bilər AZƏRTAC

Alimlər: Yeni mədə balonu arıqlama prosesinə töhfə verə bilər AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 dekabr, AZƏRTAC

Massaçusets Texnologiya İnstitutunun alimlərinin hazırladığı yeni mədə balonu cihazı uzunmüddətli arıqlama prosesinə mühüm töhfə verə bilər.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları yeməkdən əvvəl doldurulan və sonra söndürülən yeni mədə balonu cihazı hazırlayıblar. Ənənəvi mədə balonlarından fərqli olaraq, bu cihazın tənzimlənə bilən xüsusiyyəti onun uzun müddət təsirli qalmasını təmin edə bilər. Yeni yanaşma, əməliyyat və dərman müalicəsindən uzaqlaşaraq alternativ seçimlər təklif edir.

Ənənəvi mədə balonları qida qəbulunu məhdudlaşdıraraq toxluq hissi yaratmaq məqsədi daşısa da, zamanla bu üsul təsirini itirir. Bu problemi həll etmək üçün MIT alimləri qarnında kiçik bir cərrahi kəsik vasitəsilə yerləşdirilən, doldurulub-söndürülə bilən mədə balonu hazırlayıblar. Cihaz xarici nəzarət proqramı ilə idarə edilir və istifadəçinin ehtiyaclarına uyğun olaraq tənzimlənir.

Tədqiqatın nəticələri “Device” jurnalında dərc edilib. Sınaq prosesi üç qrup donuz üzərində aparılıb:

1. Cihaz yerləşdirilməmiş qrup.

2. Cihaz yerləşdirilmiş, lakin balon şişirilməmiş qrup.

3. Cihaz yerləşdirilmiş və balon şişirilmiş qrup.

Müşahidələr göstərib ki, balonun şişirildiyi qrupdakı donuzların istehlak etdiyi qida miqdarı digər qruplarla müqayisədə 60 faiz azalıb.

Məqalənin müəlliflərindən Covanni Traverso cihazın əməliyyatdan və dərman müalicəsindən çəkinən şəxslər üçün uyğun seçim ola biləcəyini vurğulayır. Lakin cihazın uzunmüddətli effektivliyi ilə bağlı əlavə araşdırmaların aparılmasının vacibliyini qeyd edir.

Tədqiqatın rəhbəri Neil Zixun Jia isə cihazın ənənəvi mədə balonlarına nisbətən daha uzunmüddətli təsir göstərə biləcəyini ifadə edir: “Ənənəvi mədə balonlarının istifadə müddəti təxminən 6 ayla məhdudlaşır. Yeni cihazın daha uzun müddət təsirli olmasını təmin etmək üçün əlavə qiymətləndirmələr aparılmalıdır”.

Anqlia Ruskin Universitetindən Simon Kork isə tədqiqatı mühüm addım kimi qiymətləndirərək, cihazın bədən çəkisinə təsirinin uzunmüddətli nəticələrinin araşdırılmasının əhəmiyyətini vurğulayır. O, həmçinin kalorilərin məhdudlaşdırılmasının fizioloji uyğunlaşmalara və çəkinin yenidən artmasına səbəb ola biləcəyinə diqqət çəkir.

Yeni tənzimlənəbilən mədə balonu arıqlama üsulları arasında alternativ və innovativ yanaşma kimi diqqəti cəlb edir. Tədqiqatın davamı olaraq, cihazın uzunmüddətli təsiri və potensial yan təsirləri daha ətraflı öyrənilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Dekabr 2024 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri