Icma.az
close
up
RU
Alimlər Yer kürəsində yeni okeanın olduğunu təsdiqlədi: Harda yerləşir?

Alimlər Yer kürəsində yeni okeanın olduğunu təsdiqlədi: Harda yerləşir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Uzun illərdir hamıya məlumdur, Yer üzündə dörd okean mövcuddur: Atlantik, Sakit, Hind və Şimal Buzlu okeanları. Lakin alimlər bu bilikləri yenidən nəzərdən keçirməyə məcbur ediblər. Məsələ ondadır ki, "National Geographic" cəmiyyəti rəsmi şəkildə beşinci okeanın varlığını tanıyıb. 

Qaynarinfo "Ecoticias"ə istinadən xəbər verir ki, bu okean geoloji mənada yeni hesab olunmur, sadəcə, xəritələrə baxış bucağımızın dəyişməsidir.

Söhbət Antarktidadan gedir. Bu unikal ərazi uzun müddət yalnız üç okeanın - Sakit, Atlantik və Hind okeanlarının davamı kimi qəbul edilirdi. Lakin "National Geographic" cəmiyyətinin qərarı ilə bu anlayış dəyişib. Cəmiyyət okeanın hər zaman mövcud olduğunu, sadəcə indiyədək lazımi diqqət görmədiyini bəyan edib.

Tanınmış dəniz bioloqu və "National Geographic"in tədqiqatçısı Silviya Erl qərarı belə şərh edib:

"İnanılmaz dərəcədə sürətli Antarktika dairəvi axını ilə əhatə olunan bu okean, üç okeanla kəsişən və bütün qitəni qucaqlayan yeganə okeandır".

Qeyd olunur ki, Cənub okeanı adlanan bu ərazi həm buzlu təbiətini, həm də indiyədək insan tərəfindən az öyrənilmiş olmasını əks etdirir. Onun beşinci okean kimi tanınması qlobal diqqəti cəlb etməklə yanaşı, zəif ekosistemin daha yaxşı anlaşılmasına, elmi araşdırmaların intensivləşməsinə və təbiəti mühafizə tədbirlərinin güclənməsinə xidmət edir.

Alimlərə görə, Cənub okeanını digər okeanlardan fərqləndirən əsas xüsusiyyət Antarktika dairəvi axınıdır. Planetin ən güclü axını sayılan bu hidroaxın qitə baryerlərinin olmaması səbəbindən sərbəst hərəkət edir və digər okean cərəyanlarından daha çox su daşıyır. Bu axın həm də istiliyi paylayaraq və karbonu dərinliklərdə saxlayaraq qlobal iqlimi tənzimləyir.

Mütəxəssislər bildirirlər ki, Cənub okeanı hava şəraitindən tutmuş insanların nəfəs aldığı oksigenə qədər hər şeyə təsir göstərir. "Cənub okeanı əslində donmuş biomüxtəliflik gəmisi kimidir. Burada başqa heç yerdə rast gəlinməyən canlılar yaşayır", – deyə mənbə yazır.

Bu okean pinqvinlər üçün buzlu sahillərdə yaşamaq və çoxalmaq imkanı yaradır, minlərlə kilometr miqrasiya edən qambur balinalar üçün qida mənbəyi olan krili təmin edir. Həmçinin burada tülkülər, dəniz quşları və digər nadir növlər öz sabit yaşayış yerlərini tapır.

Unudulmamalıdır ki, fitoplankton bu ekosistemin əsasını təşkil edir. Onlar krili qidalandırmaqla qida zəncirinin təməlini qurur və planetdəki oksigenin təxminən 50 faizini istehsal edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri