Icma.az
close
up
RU
Alimlərdən hörümçəkləri zombiyə çevirən YENİ KƏŞF

Alimlərdən hörümçəkləri zombiyə çevirən YENİ KƏŞF

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali İrlandiyada tərk edilmiş barıt anbarında alimlər tərəfindən qorxu filmlərini xatırladan yeni bir göbələk növü aşkar edilib.

BAKU.WS xəbər verir ki, BBC-nin "Winterwatch" sənədli film qrupu nadir rast gəlinən Metellina merianae mağara hörümçəyinin tanınmaz hala düşmüş bədənini tapıb. Hörümçəyin bədəni mərcanabənzər çıxıntılarla örtülmüşdü.

Tapılan nümunə Beynəlxalq Kənd Təsərrüfatı və Biobilim Mərkəzindən mikoloq Harri Evans başda olmaqla bir qrup alimə göndərilib.

Müxtəlif mağaralardan əlavə nümunələr toplayan tədqiqatçılar bu göbələyin elmə məlum olmayan yeni bir növ olduğunu müəyyən ediblər. Yeni kəşf edilən növ məşhur təbiətşünas ser Devid Attenboro-nun şərəfinə Gibellula attenboroughii adlandırılıb.

Tədqiqatçılar göbələyin həm Metellina merianae, həm də Avropa mağara hörümçəyi Meta menardi üzərində inkişaf etdiyini müəyyən ediblər. Normalda bu hörümçəklər torlarının yaxınlığında gizlənərək ov edirlər.

Lakin göbələyə yoluxmuş hörümçəklərin mağara tavanlarına doğru yönəldiyi müşahidə edilib.

Bu, Braziliyanın Atlantik yağış meşələrində Ophiocordyceps göbələyinə yoluxmuş qarışqaların göstərdiyi "zombi" davranışına bənzəyir.

Alimlər göbələyin hörümçəklərin sinir sistemini ələ keçirdiyini və onları açıq məkanlara yönəltdiyini düşünürlər.

"Gibellula ilə yoluxmuş hörümçəklərin mağara tavanlarında görünməsi, göbələyin onların davranışında dəyişiklik yaratdığını göstərir", – deyə tədqiqatçılar bildirirlər. Onların fikrincə, bu mövqe göbələk sporlarının hava axınları ilə daha asan yayılmasına şərait yaradır.

Genetik analizlər göstərib ki, mağaralarda və barıt anbarında tapılan göbələk nümunələri eyni növə aiddir. Lakin onların mühitə uyğun olaraq fərqli formalar aldığı aşkar edilib.

Məsələn, hava axını olmayan barıt anbarında sporların sütun formasına düşdüyü və işıq çatışmazlığının göbələyi rəngsizləşdirdiyi müşahidə olunub.

Buna qarşılıq mağaralarda hava axınının sporların yayılmasına kömək etdiyi müəyyən edilib.

Tədqiqatçılar bildirirlər ki, bənzər göbələk növləri Uelsdə də aşkarlanıb və yoluxmuş hörümçəklərin mağara olmayan bölgələrdə də müşahidə edildiyi məlum olub.

Bu tapıntılar göstərir ki, göbələk təkcə mağaralarda deyil, həm də qayalı çatlar və yosunlarla örtülmüş ərazilərdə də yaşaya bilər.

Əvvəlki araşdırmaları nəzərdən keçirən alimlər Böyük Britaniya adalarında bu göbələyin yeni növlərinin kəşf olunmasını gözləyirlər.

Tədqiqatın nəticələri "Fungal Systematics and Evolution" jurnalında dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri