Icma.az
close
up
RU
Alimlərdən SENSASİON KƏŞF Bununla da həyatımız dəyişəcək FOTOLAR

Alimlərdən SENSASİON KƏŞF Bununla da həyatımız dəyişəcək FOTOLAR

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Koreya və ABŞ-dan olan alimlər tibb və qida sənayesi üçün əhəmiyyətli hesab edilən iki mühüm elmi irəliləyişə imza atıblar.

Moderator.az bildirir ki, Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu kəşflərdən biri ağır qanaxmaların qısa müddətdə dayandırılmasına imkan yaradır, digəri isə daha az kalorili və qan şəkərinə minimum təsir göstərən yeni şəkər alternatividir.

Qanaxmanı dərhal dayandıran innovativ toz

Cənubi Koreyalı tədqiqatçılar həyati risk yaradan güclü qanaxmaları saniyələr içində dayandıra bilən püskürdülə bilən tibbi toz hazırlayıblar. “AGCL tozu” adlandırılan bu maddə alginat, gellan saqqızı və xitozan kimi bioloji uyğun təbii komponentlərdən ibarətdir.

Alimlərin izahına görə, toz yaraya tətbiq edildikdə qandakı kalsium ionları ilə reaksiyaya girir və çox qısa müddətdə hidrogel baryerinə çevrilir. Bu baryer güclü yapışma yaradaraq qan axınını dayandırır. Laboratoriya və heyvanlar üzərində aparılan sınaqlarda AGCL tozunun mövcud hemostatik vasitələrdən daha yüksək udma və yapışma gücünə malik olduğu müəyyən edilib. Maddə öz çəkisindən təxminən yeddi dəfə artıq qanı uda bilir, eyni zamanda toxumaların bərpasını sürətləndirir və antibakterial təsir göstərir.

Mütəxəssislər məhsulun daha bir üstünlüyünü onun saxlanma davamlılığı ilə izah edirlər. Toz otaq temperaturunda və yüksək rütubət şəraitində iki ilə qədər keyfiyyətini itirmir. Bu xüsusiyyət onu müharibə zonaları, təbii fəlakət əraziləri və təcili tibbi yardım halları üçün xüsusilə perspektivli edir.

Daha az kalorili, daha sağlam şəkər

ABŞ-da Tufts Universitynin alimləri isə qida sahəsində diqqətçəkən yenilik təqdim ediblər. Tədqiqatçılar dad baxımından adi süfrə şəkərinə çox yaxın olan, lakin kalori dəyəri xeyli aşağı və qan şəkərində daha zəif artıma səbəb olan yeni şəkər növü hazırlayıblar.

“Taqatoza” adlanan bu nadir şəkər mühəndislik yolu ilə dəyişdirilmiş bakteriyalardan istifadə edilməklə istehsal olunur. Elmi araşdırmaya əsasən, genetik modifikasiya olunmuş bakteriyalar qlükozanı təxminən 95 faiz səmərəliliklə taqatozaya çevirə bilir. Yeni şəkər adi şəkərin şirinliyinin təxminən 92 faizini verir, lakin təxminən 60 faiz daha az kalori ehtiva edir.

Mütəxəssislər bildirirlər ki, taqatoza qan şəkəri və insulin səviyyəsində kəskin sıçrayış yaratmadığı üçün diabet və piylənmə ilə mübarizədə ciddi alternativ ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri