Alimlərdən yeni kəşf: Asteroidlər bir birinə “qartopu atırlar“
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Merilend universitetinin alimləri müəyyən ediblər ki, ikili sistemdə olan asteroidlər bir-biri ilə qırıntılar mübadiləsi edə bilirlər. Bu qırıntılar bir göy cismindən digərinə çox yavaş şəkildə uçur. Tədqiqatçılar bu prosesi "kosmik qartopu atışı" adlandırıblar.
Araşdırmanın nəticələri "The Planetary Science Journal" jurnalında dərc olunub.
Alimlər bu nəticəyə DART missiyası tərəfindən əldə edilən şəkilləri analiz etdikdən sonra gəliblər. "Dimorfos" asteroidinin səthində yelpik formasında zolaqlar aşkar edilib. Tədqiqatçıların fikrincə, bu izlər daha böyük asteroid olan "Didim" üzərindən uçub gələn qırıntılar tərəfindən yaranıb.
Araşdırmanın aparıcı müəllifi Cessika Sanşayn bildirib ki, əvvəlcə komanda bu qeyri-adi zolaqların kameradakı və ya şəkillərin emalındakı səhvdən yarandığını düşünürdü. Lakin əlavə analiz göstərib ki, görüntülərdə əslində yavaş hərəkət edən qırıntıların zəif toqquşmalarından yaranan izlər görünür.
Hesablamalara görə, qırıntılar "Didim" asteroidinin səthindən təxminən saniyədə 30 santimetr sürətlə qopub - bu sürət insanın yeriməsindən də yavaşdır. Bu fraqmentlər "Dimorfos"a çatdıqda onun səthində yelpik formasında xarakterik izlər qoyublar. /oxu.az/
Baxış sayı:176
Bu xəbər 09 Mart 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















