Alimləri heyrətə salan hadisə: Üç Qiyamət balığı sahilə çıxdı
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Son günlərdə Tasmaniya və Yeni Zelandiyanın sahillərində üç nəhəng dərinlik balığı – "veslonos" (və ya qılıncquyruq balığı) – sahilə çıxıb. Bu qeyri-adi hadisə həm alimlərin diqqətini çəkib, həm də qədim mifləri yenidən gündəmə gətirib. Xüsusilə Yaponiyada bu balıqlar "dənizlərin elçiləri" sayılır və onların qəfil peyda olması gələcək fəlakətlərə işarə kimi yozulur. Lakin mütəxəssislər panikaya əsas olmadığını bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sustainability Times" yazıb.
Nadir və sirli dəniz sakini
Uzunluğu 8 metrə çatan və dənizin dərin qatlarında yaşayan vеslonos balıqları nadir hallarda insan gözünə görünür. Onların yer səthinə çıxması adətən istisna hal hesab olunur. Yeni Zelandiyanın "Te Papa Tonqareva” muzeyinin balıq kuratoru Endryu Stüart bu balıqları "məhz qeyri-adi və möhtəşəm” adlandıraraq bildirib ki, onların sahildə görünməsi son dərəcə nadir hadisədir. Muzey azı bir nümunəni tədqiqat üçün əldə etməyə ümid etsə də, təəssüf ki, vəhşi heyvanlar balıqlara ziyan vurduğu üçün bioloji analizlər üçün dəyərli materiallar əldə olunmayıb.
Miflər və reallıq
Yaponiyada bu balıqların peyda olması zəlzələ və sunami kimi təbii fəlakətlərə öncədən xəbərdarlıq kimi qəbul olunur. Lakin alimlər – o cümlədən Yeni Zelandiyanın Vaykato Universitetindən ekolog Nik Linq – bu fikirləri elmi cəhətdən əsaslandırılmamış sayır. Onun sözlərinə görə, bu balıqların zahiri görünüşü və nadir hallarda görülməsi onları əfsanələrin mərkəzinə çevirib, lakin bu yalnız onların dənizin əlçatmaz dərinliklərində yaşaması ilə izah olunur.
Növbəti addım: araşdırmaq, qorxmaq yox
Sahilə çıxan üç balığın ardıcıl şəkildə tapılması bəzi müşahidəçilər üçün "dənizlərin mesajı" kimi görünsə də, alimlər bu hallar qarşısında panika əvəzinə elmi maraqla yanaşmağa çağırırlar. Vеslonoslar hələ də okeanın ən az öyrənilmiş canlıları sırasındadır və hər yeni nümunə Yer planetinin dərinliklərində baş verən prosesləri daha yaxşı anlamaq üçün əvəzolunmaz fürsətdir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 İyul 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















