Alimlərin suyun xüsusiyyətləri haqqında kitabı nəşr edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşları olan böyük elmi işçi Mehparə Nadiri, aparıcı elmi işçi Yaqub Nağıyev, AMEA-nın müxbir üzvü Eldar Zeynalov, akademik Dilqəm Tağıyevin “Su - daxili sirlər və izharlar” adlı kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda qeyri-adi, sirli maye - su, onun heyrətamiz xüsusiyyətləri, suyun Yer üzərindəki həyat və hər birimiz üçün əhəmiyyəti haqqında mövzulardan bəhs edilir.
Kitabda eramızdan çox-çox əvvəl ilkin şəhər mədəniyyətinin yaranmasında, eyni zamanda, müasir dövrümüzə qədər olan tariximizdə suyun böyük rolu nəzərdən keçirilir. Xalqımızın soykökündə dayanan, qədim tayfaların yaratdığı zəngin mədəniyyətimizin su ilə bağlı bir sıra aspektləri təhlil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 12 Mart 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















