Icma.az
close
up
RU
Alınan biletin 80 faizini qaytarıblar Sərnişinlər isə yollarda qalır...

Alınan biletin 80 faizini qaytarıblar Sərnişinlər isə yollarda qalır...

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni ilin ilk günlərində Tərtər sakinləri rayon avtovağzalında Bakıya gəlmək üçün bilet tapa bilmədiklərindən şikayət etmişdi.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaşlar avtobuslarda kifayət qədər yer olmasına baxmayaraq, onlara bilet satılmamasından gileylənmişdi.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, problemi bilet alveri ilə məşğul olan bəzi şəxslər yaradır: “Belə ki, işbazlar biletləri qabaqcadan kassadan sistem vasitəsilə alır və vətəndaş onlayn sistemə daxil olarkən biletlərin satıldığını görür. Sonradan həmin biletlər şəxslər tərəfindən kassadan dəyərindən artıq qiymətə təqdim olunur. Satışı tam olaraq reallaşdırmaq mümkün olmadıqda, artıq qalan biletlər sistem vasitəsilə qaytarılır. Nəticədə avtobuslarda yer olduğu halda onlayn qaydada bilet almaq istəyən vətəndaş biletsiz qalır.
Bəzi hallarda onlayn satışın əhatə dairəsinin genişənməsinə ciddi müqavimət göstərilir və maneələr yaradılır. Aparılan davamlı təhlillər və araşdırmalar nəticəsində məlum olub ki, bir avtovağzalda təkcə son 3 ayda kassadan öncədən alınan biletlərin 80%-i səbəbsiz olaraq geri qaytarılıb. Bilet satışına edilən bu cür müdaxilələr vətəndaşların rahat gediş-gəlişinə və onlayn satışın genişlənməsinə əngəl yaradır.
Sözügedən avtovağzal nümayəndələrinə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həmin şəxslər əməllərindən əl çəkməyiblər. Xoşagəlməz halın aradan qaldırılması məqsədilə intizamsız avtovağzala qarşı tədbir görülüb. AYNA vətəndaşları bu kimi hallarla qarşılaşdıqda “141” Çağrı Mərkəzinə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır”.
Agentlikdən həmçinin qeyd edilib ki, bayram günlərində (29 dekabr-4 yanvar) paytaxtdan bölgələrə, eyni zamanda region avtovağzallarından müxtəlif istiqamətlərə təqribən 90 000 sərnişin daşınıb: “Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib. Sərnişinlərin 50%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Yanvar 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri