Alkoqol və siqaretin nağd ödənişi qadağan edildi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
2026-cı ildən Özbəkistan müəyyən mal və xidmətlərin alınması üçün nağd puldan istifadəyə yeni məhdudiyyətlər tətbiq edəcək.
KONKRET.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin fərmanı Milli Qanunvericilik Bazasında dərc olunub.
Sənədə əsasən, 2026-cı il aprelin 1-dən alkoqol və tütün məmulatları, avtomobillər, daşınmaz əmlak və dəyəri 25 milyon manatdan yuxarı olan mallar üçün nağd ödənişlər qadağan ediləcək. Bütün bu cür alışlar yalnız nağdsız vasitələrlə – bank kartları, elektron ödənişlər və ya QR kodlarından istifadə etməklə aparılmalıdır.
Bundan əlavə, nağd pul qadağası dövlət xidmətləri, elektrik enerjisi, qaz və su kimi kommunal xidmətlər, eləcə də benzin və bəzi digər mal və xidmətlərin alınmasına şamil ediləcək və siyahı genişləndiriləcək.
Hökumət yeniliyi maliyyə axınlarına nəzarətin gücləndirilməsi və kölgə iqtisadiyyatının miqyasının azaldılması zərurəti ilə izah edir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















