Alkoqollu içkilərin aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyənləşir
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılması hallarına görə yeni cərimə müəyyənləşir.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni maddəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması hallarına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə ediləcək.

Alkoqollu içkilərin aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyənləşir
04 Dekabr 2024 17:16
Alkoqollu içkilərin aşağı qiymətə satılmasına görə yeni cərimənin tətbiqi ilk oxunuşda təsdiqlənib
10 Dekabr 2024 12:57
Alkoqollu içkilərin qiyməti ilə bağlı yeni cərimə müəyyənləşir
04 Dekabr 2024 17:23
Alkoqollu içkilərin bundan aşağı qiymətə satılması qadağandır FƏRMAN
27 Yanvar 2025 17:16

