Icma.az
close
up
RU
Ayıran Araz və birləşdirən dəhliz yolu...

Ayıran Araz və birləşdirən dəhliz yolu...

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq da rebrendinqə gedə bilir. Məğlub xalqdan qalib xalqa çevrilmişiksə, bu fəxri periodda əynimizə balaca olan köhnə qılafı soyunub yeni, XXI əsrin libasını geyinməliyik. Hansı ki, bu libasın müəllifi də, dəbi də, podiumu da özümüzünküdür. 

Başqa qitələrin qan qırmızısı xalılarında naşı-naşı addımlamaq mövsümü qaldı ötən əsrdə. Bizim yüzilliyimiz 2020-ci ildən başlayır. And yerimiz Qarabağ! Nə qədər ki, Qərbdə günbatıranlar var, üstümüzə kölgə salmağa çalışacaqlar. Ona görə də tez-tez qibləmizə qayıdıb paklanacağımız məkanı unutmamalıyıq! Qarabağı! İstər Tanrının Qərb ləhcəsində danışaq - günahlarımızı pıçıldayaq azman Qarabağ ataya, istərsə də Şərq dilində dua edək Allahın Qarabağdakı saysız evlərində. Bütün çətinliklərə rəğmən beynəlmiləl sifətini itirməyən Azərbaycan məscidi ilə, kilsəsi ilə, sinaqoqu ilə bağlanır göylərə. 

Biz hər şeyimizi dünya ilə bölüşürdük, dünya isə bizə “ərazi bütövlüyünüzü dəstəkləyirik” qarşılığını elə minnətlə deyirdi ki, sanki bizim ərazimiz bütün ölkələr kimi torpaqdan yox, ətdən, sümükdəndir. 

Biz illərlə “ərazi bötüvlüyünüzü dəstkləyirik” ifadəsinə sevinmişik. Qarnımız ac olsa da, bu ifadəni başımız üstündə fişəng kimi görmüşük. Quruca sözü! İndi isə Azərbaycan elə bir reallıq yaradıb ki, kimin nəyi dəstəkləyib dəstəkləməməsi əhəmiyyətli deyil. Biz bu gün özümüz qərar veririk kimi və ya, nəyi dəstəkləməyə. “Ərazi bütövlüyünüzü dəstəkləyirik” ifadəsini matah bir məhsul kimi bizə təqdim edib bütün ümidlərimizi, arzularımızı soran Qərb həmin arzulara doğru gözüaçıq qaçdığımız, illərlə tutduğumuz arzularımızdan bu dəfə yapışdığımız üçün bizi bağışlaya bilmir. Çünki heç kəs dünya masasını başqaları ilə bölüşmək istəmir. Onlara masanı təamlarla dolduran xidmətçilər, qaravullar, yasavullar lazımdır. Yağlı bığlarını hırıldaya-hırıldaya ağ dəsmallara silən bu sabiq ağalar, əslində qanlı ağızlarını ağ sülh bayraqlarına sildiyinin yaxşı fərqindədirlər. 

Nə gözəl ki, artıq hər kəsin, hər qurumun öz adı ilə təqdim edilmə əyyamı çatıb. Çünki daha nə dünya, nə Azərbaycan, nə dünya ictimaiyyəti, nə Azərbaycan xalqı əvvəlki qədər sadəlövh deyil. Həqiqətin bir adı var. Adsız kartlar, mənbəyi bilinməyən maliyyə ilə ölkələrə axan qan-qadaya şirin bir ad verilmişdi – demokratiya! Eramızdan əvvəl yaranan bu söz “demos” və “kratos” sözlərinin, yəni xalq və hakimiyyət sözlərinin birləşməsindən yaranıb. Mənası xalq hakimiyyəti deməkdir. Azərbaycanın ali kitabı olan Konstitusiyamızın birinci maddəsi isə belədir: Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. 

Azərbaycan ayrı-ayrı dillərdə pıçıldanan ovucların, yəni hərəsi bir kitab kimi açılan Tanrının seçilmiş əsərlərinin tirajlandığı yurddur. Şeytan hər şeyin gül yerində olur. Dünyanın çiçəyinin çırtladığı Qafqazda da bu gün qulağımıza ehtirasla fısıldayan yüzlərlə iblis var. Fısıldasınlar! Əsl imtahan da elə bu fısıltıların fonunda Tanrı ilə söhbətdir. Hər gün üfüqü bir az da uzaqda görən azərbaycanlı gözləri qulaqlara fısıldanan qarayaxmadan elçilənməz. Festival yurdunu qoyub qaynar köksünü soyuq əllərə verənlərin rütbəsi onsuz da azərbaycanlı deyil. 

“Naxələflər ona qurban olmaz”. 

Azərbaycanlı olmayanlarla yurddan danışmaq mümkün deyil. Yurd sevdadır, onu sevənlər bilər. Sevdiyini buraxıb soyuq ellərdən ona şər atanların fısıltılarının cazibəsi yalnız internetdə təsirlidir. Gözünü monitordan çəkən kimi bitir bu murdar “fashion”! 

Gözümüzü bu bədnam irreallıqlardan çəkmək bəs edir ki, Azərbaycan reallığı bəbəklərimizdə əks oluna. Bu reallıq o qədər iti, sarsılmazdır ki, “pəpə yeyənlər” ona baxa bilmir, baxan kimi bu reallıq gözlərinə girir. Məsələn, ayıran Arazla paralel gedən birləşdirən dəhliz yolumuz... 

Gəlin dəhliz yolunu bir az da uzadaq! 

Mövzunu deyirəm. Mənimki sözdür. Təbii, ən sarsılmaz yolların təməlində beton yox, söz, ideya durur. Üzərində 28 su ötürən, yol ötürən körpünün tikildiyi Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu... İllərdir dərd ötürən Xudafərin körpüsünə baxan xalqımızın gözü Xudafərinin həndəvərində salınan 28 körpülü dəhliz yoluna tamaşa edəcək. Bu yol nələr ötürməyəcək... Köks ötürmədən izləyək. Əsrlərdir ayıran Araza tamaşa edirik, indi də birləşdirən “Zəngəzur dəhlizi” yoluna tamaşa etməyin əsri başlayır. Bu, tamaşa azərbaycanlı gözlərin haqqıdır! 

Sərdar Amin


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri