Alla Puqaçovanın borcu ortaya çıxdı: Milyonluq mənzilin pulunu ödəmir
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Rusiyanın Xalq artisti Alla Puqaçovanın Moskvadakı dəbdəbəli mənzilinə görə külli miqdarda kommunal borcu yaranıb.
Ölkə.az xəbər verir ki, söhbət müğənninin 20 il əvvəl paytaxtın mərkəzində, Filippovski döngəsində aldığı beşotaqlı mənzildən gedir. Hazırda Kiprdə yaşayan sənətçinin 300 kvadratmetrdən çox sahəsi olan və Xilaskar Məsih kilsəsinə mənzərəsi açılan mənzilinin ödənişlərini dayandırdığı bildirilir.
Məlumata görə, Puqaçovanın ümumi borcu 100 min rubla (təxminən 1800 manat) yaxındır. Bu məbləğin 83 min rublu istilik və kommunal xidmətlərin, qalan hissəsi isə əsaslı təmir fonduna ödənilməli olan vəsaitin payına düşür.
Qeyd edək ki, Xalq artisti bu elitar mənzili 2004-cü ildə alıb. Hazırda daşınmaz əmlakın bazar dəyəri 500 milyon rubldan (təxminən 9 milyon manat) çox qiymətləndirilir. Mənzillə yanaşı, binada ulduzun iki avtomobil dayanacağı da var.
Borc xəbərlərinin fonunda Puqaçovanın 77 yaşını Kiprin Limassol şəhərində təmtəraqla qeyd etməyə hazırlaşdığı deyilir. Müğənni ad gününü ailə üzvləri ilə birlikdə digər müştərilər üçün qapalı olacaq restoranda keçirəcək. Həmin məkanda bir nəfər üçün orta hesabın 200-250 min rubl (təxminən 4500 manat) civarında olduğu bildirilir.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 16 Aprel 2026 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















