Alla Puqaçovanın keçmiş teatr layihəsi bağlandı
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaxtilə rusiyalı tanınmış müğənni Alla Puqaçovaya məxsus olan "Mahnı Teatrı" şirkəti yenidən fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.
Qeyd edək ki, şirkət 2008-ci ildə Alla Puqaçova və onun qızı Kristina Orbakayte tərəfindən yaradılıb. Ancaq artıq 2009-cu ildə hər iki sənətçi təsisçilər sırasından ayrılıb və şirkətin adı dəyişdirilib.
İlkin olaraq teatrın Sankt-Peterburqda tikilməsi nəzərdə tutulsa da, bu layihə reallaşdırılmayıb.
Yenidən təşkiletmə prosesinin 2025-ci ilin oktyabrında başa çatdığı açıqlanmışdı. Prosesdə ikinci tərəf kimi reklam sahəsində çalışan "PMI Soft" MMC iştirak edib.
Sənədlərə görə, bütün prosedurlar yekunlaşdıqdan sonra "PMI Soft" MMC fəaliyyətini dayandıracaq. Beləliklə, Alla Puqaçovanın adı ilə əlaqəli olan layihənin hüquqi mövcudluğu başa çatacaq.
Xatırladaq ki, əvvəllər Alla Puqaçovanın Solneçnoqorskda olan malikanəsinin qiymətinin 10 milyon rubl ucuzlaşdığı bildirilib. Buna səbəb ərazidə qanunsuz inşa olunan körpü ilə əlaqədar yaranan qalmaqal olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Fevral 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















