Icma.az
close
up
RU
“Allah qadını kişiyə tabe elətdirir” sözünə görə “Baku TV”yə xəbərdarlıq edildi

“Allah qadını kişiyə tabe elətdirir” sözünə görə “Baku TV”yə xəbərdarlıq edildi

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Audiovizual Şuranın növbəti iclası keçirilib.
Yeniavaz.com
Şuranın rəsmi saytına istinadla xəbər verir ki, iclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub.
“Bu kontekstdə, “Baku TV” televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan “Amin” proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunub. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən “...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir...” fikirləri səsləndirilir.
Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
İclas zamanı məsələ diqqətlə müzakirə edilib və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinib. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilib. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilib, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunub. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Audiovizual Şuranın üzvləri “Baku TV” kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər”, - qurumun yaydığı məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see296

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see240

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see206

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see196

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see191

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see152

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see149

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see145

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see145

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see136

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see135

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see130

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see130

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see130

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see129

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see129

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see128

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see128

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see127

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri