Icma.az
close
up
RU
“... Allah təala bəxt nurçusunu türklərin bürclərinə ucaltdı...”

“... Allah təala bəxt nurçusunu türklərin bürclərinə ucaltdı...”

Icma.az bildirir, Modern.az portalına istinadən.

Türkdilli xalqların maddi-mənəvi irsinin qorunması, tədqiqi, təbliği Türk Mədəniyyəti və İrsi Fondunun  (TMİF) yaranma və fəaliyyət məqsədidir.  Fond, həmçinin,  türkdilli xalqlar arasında mədəniyyət körpüsü rolunu oynayır, ortaq tarixin, mənəvi dəyərlərin  unudulmaması istiqamətində mühüm işlərə imza atır: elmi konfranslar, sərgilər, nəşrlər və s. kimi layihələr həyata keçirir.

Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması ilə bağlı ilk təşəbbüs 2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş  Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında irəli sürülüb. Təşəbbüs yüksək dəyərləndirilib və  2012-ci il avqustun 23-də Fondun nizamnaməsi qəbul edilib.   Mənzil-qərargahı Bakıda yerləşən Fondun hazırkı prezidenti Qazaxıstan Respublikasının Əməkdar Xadimi, professor, sənətşünaslıq doktoru, bəstəkar Aktotı Raimkulovadır.

Yola saldığımız 2024-cü il də Fondun həyata keçirdiyi mühüm layihələr ilə yadda qaldı. Eyni zamanda, Türkmənistan və Özbəkistan Fonda üzv olmaq barədə qərarlarını açıqladılar.

FOND ŞURASININ İLK İCLASI

Fondun 12 illik fəaliyyəti dövründə ilk dəfə olaraq, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə Türk dövlətlərinin mədəniyyət nazirliklərinin rəhbərləri səviyyəsində Fond Şurasının iclası keçirildi. İclas zamanı Fondun 2025-ci il üçün fəaliyyətinin strateji istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparıldı, fəaliyyət planı və büdcə təsdiq edildi, Fondun nəzdində Məsləhət-Ekspert Komitəsi yaradıldı.

MƏDƏNİ İRS OBYEKTLƏRİ KATALOQU

Fond 2024-cü il ərzində “Türk İrsi” Türk Dünyasının Mədəni İrs Obyektləri Kataloqunun hazırlanması üzərində fəal işə başlamışdır. Belə ki, Türk dünyasının bir sıra mühüm memarlıq abidələri və qədim əlyazmalarının dirçəldilməsi məqsədi ilə onların üzərində bərpa və muzeyləşdirmə işləri aparılır. Növbəti illərdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən bir sıra tarixi-mədəni obyektlərdə bərpa, muzeyləşdirmə, arxeoloji və konservasiya işlərinin  həyata keçirilməsi də  planlaşdırlır.

MAARİFLƏNDİRMƏ

Fondun fəaliyyət istiqamətlərindən biri də maarifləndirmədir. TMİF indiyədək Türk dünyasının görkəmli şəxsiyyətləri və ədəbiyyat inciləri barədə müxtəlif kitabların nəşrinə imza atıb.  Bu kitabların hazırlanmasında türkdilli tədqiqatçıların,  mütəxəssislərin cəlb olunmasına xüsusi diqqət yetirilir. Fondun həyata keçirdiyi təhsil proqramlarında da  üstünlük mütəxəssislərə verilir. Qeyd edək ki,  ilki İstanbulda baş tutan təhsil proqramının 2025-ci ildə bütün türkdilli ölkələrdə  keçirilməsi də planlar sırasındadır.

ORTAQ TARİXİN ÖYRƏDİLMƏSİ MƏRKƏZLƏRİ

Fondun təşəbbüsü ilə Türk dünyasının bir çox şəhərində, təhsil müəssisəsində  ortaq  tarixin və dəyərlərin araşdırılmasına, öyrənilməsinə, gələcək nəslə ötürülməsinə dair mərkəzlər də açılıb. 2025-ci ildə bu cür mərkəzlərin Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetində, Əl-Fərabi adına Qazax Milli Universitetində, həmçinin, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanda açılması nəzərdə tutulur.

“TURK DİSCOVERY” YOUTUBE KANALI

TMİF öz fəaliyyətində müasir yeniliklərə və dövrlə səsləşən texnologiyalara da qucaq açır. Türk dünyasının maddi-mənəvi irsindən, qədim adət-ənənələrindən və milli dəyərlərindən bəhs edən proqramların, sənədli filmlərin yayımlandığı “Turk Discovery” YouTube platforması da Fondun layihəsidir. Milli bayramlar, qurama-tikmə, toxuculuq, ipəkçilik, misgərlik, milli geyimlər; platformada bu cür-Türk dünyasına aid sənət və sənətkarlıq ənənəsi ilə bağlı proqramların yayımlanması zamanla daha da geniş vüsət alacaqdır.  Vurğulamaq yerinə düşər ki, ortaq türk musiqisi də TMİF-in tədqiq və təbliğ obyektlərindəndir.

BEYNƏLXALQ ELMİ LAYİHƏLƏR

Beynəlxalq layihələrdə uğurla iştirak edən Fondun elmi fəaliyyəti də təqdirəlayiqdir.  Nümunə olaraq, 13 dekabr 2024-cü ildə Parisdə keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” adlı beynəlxalq konfransı göstərmək olar. Bəli, Türk  tarixinin bu ortaq dəyərinin  dünyada fundamental və mühüm əsərlərdən biri kimi tanınması da Fondun  fəaliyyət uğurlarındandır.

MEDİA MEQALAYİHƏSİ

2025-ci ildə TMİF-in ən böyük layihələrindən biri də yaxın günlərdə icrasına başlanılacaq Türk dövlətləri və xalqlarının mədəniyyətinin və irsinin vahid təbliğat platformasının işə salınmasıdır. “Qızıl alma” adlanan bu platformanı Fond Azərbaycanın mədəniyyət sahəsində ən böyük media resurslarından olan “Ədəbiyyat və incəsənət” portalı ilə birgə həyata keçirəcək. Layihə özündə Fondun fəaliyyətini türk dövlətləri və türkdilli xalqlara çatdırmaq, türk dünyası mədəniyyət xəbərlərini hər bir xalq üçün əlçatan etmək, türklərin ortaq mədəniyyətini və irsini geniş təbliğ etməkdən ibarətdir.

Hazırda platforma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təmsilçiliyinə malikdir, tədricən bura Macarıstan və Türkmənistan da daxil ediləcəkdir. Növbəti mərhələdə isə platforma ingilis, rus və digər beynəlxalq dillərdə bütün dünya üzrə fəaliiyyətini genişləndirəcəkdir.

YENİ PERSPEKTİVLƏR

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının  11-ci Zirvə görüşü 2024-cü ilin noyabrında Bişkekdə baş tutdu.  Zirvə görüşü çərçivəsində TMİF Qırğız Respublikasının Milli Tarix Muzeyində unikal sərginin təntənəli açılışını etdi.  Mahmud Kaşğarinin zəngin irsinə həsr olunmuş sərginin açılışında TMİF prezidenti Aktotı Raimkulova çıxış edərək Mahmud Kaşğaridən sitat gətirdi:

“... Allah-təala bəxt nurçusunu türklərin bürclərinə ucaltdı,
onların səltənətini səmavi kürələrin arasına qoydu...”

Fondun Nizamnaməsinə əsasən, 2025-ci ildə Fondun Şurasına sədrlik Qazaxıstan Respublikasına keçib. 2025-ci ilin fevralında Astanada Fondun II Şurasının keçirilməsi planlaşdırılır. 

Bir sözlə, qarşıda yeni perspektivlər, Fondun rəhbərliyinin bol entuziazmı dayanır.

Türk dünyasının birliyi və işıqlı sabahı naminə Türk Mədəniyyəti və İrsi Fonduna uğurlar və uğurlar!
Şəfa Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri