Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10cu Qlobal Forumunda iştirak edəcək
Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
QMİ-dən "Operativ Media"ya verilən məlumata görə, səfər noyabrın 25-də baş tutacaq.
Bildirilib ki, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə Portuqaliyanın Kaşkai şəhərində 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək, "Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda ilk plenar toplantısında və "Dini məkanların mühafizəsi üzrə qlobal konfrans"ında çıxışlar edəcəkdir.
BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş 10-cu Qlobal Forumda BMT-nin Baş Katibi Antonio Qutteriş iştirak edəcək.
Noyabrın 27-də Şeyxülislam A.Paşazadə Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edəcək. Şeyxülislam A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















