Icma.az
close
up
RU
Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib

Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib.

Gununsesi.info xəbər verir ki, QMİ sədri bununla bağlı Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda çıxışı zamanı bildirib.

O, Yaxın Şərqdə və Ukraynada problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu söyləyib.

QMİ sədri günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırıb.

A.Paşazadə vurğulayıb ki, bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərarı, planetimizin qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, BMT İqlim Dəyişikliklərinə dair qlobal COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.

Şeyxülislam 200 ölkənin yekdil qərarı ilə BMT İqlim dəyişmələri üzrə COP29 tədbirinə ev sahibliyi etmək şərəfinə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladıb. Bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri – məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqlarımızı təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

A.Paşazadə qeyd edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri