Icma.az
close
up
RU
Allahverdi Yolçuyev müalicəsi üçün corab satır Video

Allahverdi Yolçuyev müalicəsi üçün corab satır Video

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aktyor Allahverdi Yolçuyev şəhərin mərkəzi küçələrində insanlara, mağazalara corab satır.

“Qafqazinfo” xəbər verir ki, bunu aktyor “Astar” layihəsində deyib.

O, dərmanlarını almaq üçün bu işlə məşğul olduğunu bildirib:

“Mən xəstələnəndən fikirləşirdim ki, alternativ bir iş tapım. Birtəhər öz dərmanlarımı alım. Neçə ildir xəstəyəm. Səhhətim həkimlərin sayəsində pis deyil. Artıq bir il olar ki, beyin pili əməliyyatı keçirmişəm. Fikirləşdim ki, ən yaxşısı corabdır. Uşaqlıqda göyərti, günəbaxan toxumu, əncir satmışam. Utanmalı bir iş deyil.

İki manata alıram, 4-5 manata satıram. Günə 10-15 manat qazanc olur. Xalqımıza qurban olum, məni çox istəyirlər. Kişinin biri mənə 5 manat uzatdı ki, götür. Dedim ki, lazım deyil. Bir az pis çıxır. Niyə dilənməliyəm? Ayıbdır axı, yaş, tanışlıq, teatrda rollarım, 50 illik stajım, sənət yoldaşlarım var. Xalq artisti Sabir Məmmədov zəng edir ki, tez kartını at, sənə pul göndərim. Demişəm ki, lazım deyil. Halal pulumu qazanıram”.

Allahverdi Yolçuyev dövlətdən dərmanlarını almaq üçün maliyyə dəstəyi istədiyini bildirib:

“Mədəniyyət naziri Adil Kərimli iki dəfə mənə zəng vurub. Demişəm, fəxri ad yox, maliyyə dəstəyi istəyirəm ki, dərmanlarımı ala bilim. Yaşa görə 336 manat təqaüd alıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyul 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri