“AllAllFinance”ın xalis mənfəəti 14% artıb
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda problemli kredit portfellərinin alınması və borcların yığılması sahəsində fəaliyyət göstərən “AllAllFinance” 2025-ci ili 5 milyon 593 min 381 manat xalis mənfəətlə başa vurub. Halbuki 2024-cü ildə fəaliyyətə başladığı tarixdən ilin sonunadək 30 min 518 manat zərər etmişdi. 2025-ci ildə şirkətin faiz gəlirləri 10 milyon 994 min manata, ümumi gəlirləri isə 11 milyon 60 min manata çatıb.
Həmin ilin sonunda şirkətin aktivləri 13 milyon 6 min 579 manat, öhdəlikləri 7 milyon 286 min 566 manat, cəmi kapitalı isə 5 milyon 720 min 13 manat təşkil edib.

2026-cı ilin birinci yarısında mənfəəti 14% artıb
Şirkətin 2026-cı ilin birinci yarısının audit olunmamış maliyyə hesabatlarına əsasən, xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 14% artaraq 3 milyon 218 min 464 manata çatıb. 2025-ci ilin ilk altı ayında bu göstərici 2 milyon 823 min 50 manat olmuşdu.
Hesabat dövründə faiz gəlirləri 5 milyon 235 min manatdan 6 milyon 227 min manata yüksəlib.
30 iyun 2026-cı il tarixinə şirkətin aktivləri 13 milyon 406 min 835 manat, öhdəlikləri 5 milyon 9 min 23 manat, cəmi kapitalı isə 8 milyon 397 min 812 manat təşkil edib.
Şirkətin satın aldığı problemli kredit portfelinin balans dəyəri 7 milyon 546 min 616 manata çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Oktyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















