Alleqri zədəli futbolçuların durumunu açıqlayıb
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 10-cu turunda “Roma” ilə “San Siro” stadionunda keçiriləcək qarşılaşma öncəsi komandasındakı zədəlilərin vəziyyəti barədə danışıb.
QOL.az xəbər verir ki, Alleqri futbolçularının vəziyyətindən danışarkən bildirib:
“Leau yaxşı formadadır. Tomori böyük ehtimalla matçda iştirak etməyəcək, amma xoşbəxtlikdən ciddi problem yoxdur. Pulişiçin “Parma” ilə oyuna qədər meydana qayıdacağı gözlənilir. Rabyonun vəziyyəti isə bir qədər mürəkkəbdir. Estupinyan hazırdır, Yashari isə cəmi bir məşqdə iştirak edib, buna görə sabahkı matçın heyətində olacağı inandırıcı görünmür”.
Qeyd edək ki, hazırda “Milan” İtaliya A Seriyasında 9 oyundan sonra 18 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Roma” isə 21 xalla ikinci yerdədir.
Baxış sayı:30
Bu xəbər 01 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















