Icma.az
close
up
RU
Alma qabığı ilə nə edə biləcəyinizə TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Alma qabığı ilə nə edə biləcəyinizə TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaları istehlak edərkən qabıqlarını soyanlar və almadan şirniyyat hazırlayanlar, geridə qalan alma qabıqlarını çox zaman zibilə atmağa üstünlük verirlər. Lakin alma qabıqlarının zibilə atılması, onlardan faydalana biləcəyiniz sahələri məhdudlaşdırmaqdan başqa bir işə yaramır. 

News24.az xəbər verir ki, alma qabıqlarını zibilə atmaq əvəzinə onlardan asanlıqla faydalana bilərsiniz.

Təbii çay: Qurudulmuş alma qabıqlarından həm sağlam, həm də ləzzətli bir bitki çayı əldə edə bilərsiniz. Qurudulmuş alma qabıqlarını qaynar suyun içində 5-10 dəqiqə saxlamanız kifayət edəcəkdir.

Təbii otaq ətiri: Almanın aromatik qoxusundan faydalanaraq otaqda xoş bir qoxu yarada bilərsiniz. Bunun üçün darçın, alma qabığı və mixəyi suda qaynadın. Suyu süzüb soyudun və soyuyan suyu sprey şüşəsinə dolduraraq otaq spreyi kimi istifadə edin.

Sirkənin fermentasiyası: Evdə hazırlanan alma sirkələrinin daha yaxşı fermentasiya olması üçün alma qabıqlarından istifadə edə bilərsiniz. Alma qabıqlarındakı təbii turşu alma sirkəsinin daha yaxşı fermentləşməsinə kömək edəcəkdir.

Şirniyyatlara aroma qatır: Kek, peçenye və kompot hazırlayarkən alma qabıqlarını rəndələyərək istifadə edə bilərsiniz. Alma qabıqları şirniyyata yüngül alma aroması qatacaqdır.

Dəriyə qulluq: Almanın tərkibindəki təbii turşu dərini təmizləyir və hamar olmasına kömək edir. Alma qabıqlarını qurudub toz halına gətirdiyinizdə təbii bir pilinq materialı əldə etmiş olarsınız. Həmçinin alma qabıqlarını birbaşa dərinizə sürtərək də faydalarından istifadə edə bilərsiniz.

Təbii gübrə: Bitkilər üçün hazırlanan kompostun içinə alma qabıqları əlavə edərək bitkilər üçün qidalandırıcı bir alternativ yarada bilərsiniz. Sürtgəcdən keçirilmiş alma qabıqlarını əlavə etmək asan qarışdırmaq üçün faydalı olacaq.

Təmizlik vasitəsi: Təmizlik edərkən almanın təbii bakteriya aradan qaldırıcı təsirlərindən faydalana bilərsiniz. Təmizlik üçün alma qabıqlarını sirkə ilə birlikdə təbii bir sprey halına gətirə bilərsiniz.

Heyvanlar üçün yem: Alma qabıqlarını heyvan yemlərinə qarışdırmaq, toyuqlar və dovşanlar üçün sağlam bir qida alternativi olacaqdır. Alma qabıqlarını yemlərə qurudulmuş və ya təzə halda əlavə edə bilərsiniz.

Təbii alma çipsləri: Alma qabıqlarını çips şəklində doğrayıb şəkər və yağla sobada bişirərək təbii bir qəlyanaltı hazırlaya bilərsiniz. Təbii alma çipsi hazırlamaq bu qədər asandır.

Məryəm İlhamqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri