Icma.az
close
up
RU
Alman avtomobil istehsalçıları Çinlə əməkdaşlığa can atır

Alman avtomobil istehsalçıları Çinlə əməkdaşlığa can atır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 avqust, AZƏRTAC

Transatlantik bazarlarda artan qeyri-müəyyənlik və dəyişən ticarət siyasətləri fonunda tənzimləmə sabitliyi və daha aydın inkişaf perspektivi ilə Çin bazarına yönələn alman şirkətlərinin sayı getdikcə artır. Avtomobil istehsalçıları yerli istehsal, texnoloji tərəfdaşlıqlar və məqsədyönlü investisiyalar vasitəsilə Asiyadakı mövqelərini möhkəmləndirməyə və struktur transformasiyanı sürətləndirməyə çalışırlar.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, aprel ayından etibarən ABŞ-ın Aİ istehsalı olan avtomobillərə tariflərinin kəskin artırması Avropanın avtomobil sənayesinə ağır zərbə vurub və Almaniyanın ən böyük istehsalçılarının gəlirlərinin kəskin azalmasına səbəb olub, onları Asiyada yeni bazarlar axtarmağa sövq edib. Aİ və ABŞ arasında bu yaxınlarda əldə edilmiş razılaşma tarif dərəcəsini 25 faizdən 15 faizə endirərək dərhal gərginliyi azaldıb. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, möhlət qısamüddətli ola bilər, çünki yüksək ixrac xərcləri və uzunmüddətli siyasət qeyri-müəyyənliyi Almaniyanın istehsal sektoruna təsir etməkdədir və sənayenin inamını sarsıdır. Almaniyanın üç ən böyük avtomobil istehsalçısı - BMW, “Mercedes-Benz” və “Volkswagen” 2025-ci ilin birinci yarısında mənfəətlərinin kəskin şəkildə azaldığını bildirib və ABŞ tariflərini qazancları əhəmiyyətli dərəcədə azaldan faktor kimi göstəriblər.

BMW qrupu gəlirinin illik müqayisədə 8,2 faiz, xalis mənfəətinin isə 29 faiz azaldığını bildirib. Şirkət əsas avtomobil biznesində zəif marjaların arxasında əsas amil kimi yüksək tarifləri qeyd edib. “Mercedes-Benz”in xalis gəliri bir il əvvəl təxminən 6,1 milyard avrodan təxminən 2,7 milyard avroya düşüb.

“Volkswagen” satış gəlirlərində 0,3 faizlik marjinal azalma olduğunu bildirdi. Onun premium brendi olan “Porsche” ilin ilk yarısında tariflə bağlı əlavə təxminən 400 milyon avro xərc çəkərək ağır zərbə alıb.

Alman Avtomobil Sənayesi Assosiasiyasının (VDA) prezidenti Hildeqard Müller aşağı faiz dərəcəsinin hələ də avtomobil istehsalçılarını hər il milyardlarla avro əlavə xərclərlə təmin etdiyini və elektrikləşdirməyə doğru əsas keçiddə ağır yük olduğunu bildirib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının baş direktoru Siqrid de Vrays xəbərdarlıq edib ki, ABŞ-ın avtomobillərə və hissələrinə yüksək tarifləri davam etdirməsi Aİ sənayesinin qlobal rəqabət qabiliyyətini sarsıdacaq, istehlakçılara zərər verəcək.

“Volkswagen”in baş maliyyə və əməliyyat direktoru Arno Antlitz bu yaxınlarda Çin bazarında yerli platformaların və akkumulyatorlar üzrə tərəfdaşlıqların genişləndirilməsinə güclü inam ifadə edib. BMW də yerli istehlakçılar üçün uyğunlaşdırılmış yeni nəsil sürücüyə yardım sistemlərini birgə inkişaf etdirmək üçün Çin texnoloji firması “Momenta” ilə əməkdaşlığa başlayıb.

“Çinin müdrikliyi ilə bu güc mərkəzi əməkdaşlığı BMW-nin “Çində, Çin üçün və Çin sürətində birgə yaratmaq” strategiyasının əsasını qoyur və onu yeni zirvələrə qaldırır”, - deyə BMW qrupunun Çin üzrə baş icraçı direktoru Şon Qrin irəliləyiş əldə etmək üçün bir-birini tamamlayan güclü cəhətlərdən və birgə innovasiyalardan istifadə etməyin vacibliyini vurğulayıb.

Məşhur alman avtomobil eksperti Ferdinand Dudenhoffer isə bildirib ki, avtomobil sənayesinin gələcəyi Çindədir. O, alman və Çin istehsalçıları arasında nəqliyyat vasitələri və təchizat zəncirinin mənzərəsi üzrə əməkdaşlığı genişləndirməyə çağırıb.

Dudenhoffer bildirib ki, BMW və “Porsche” performans üstünlükləri təklif edir, “Mercedes-Benz” dizayn və rahatlıqda liderdir və hər üç şirkət getdikcə daha çox akkumulyator texnologiyası və miqyaslı istehsalda Çinin üstünlüyünə arxalanır.

Almaniya İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının sədri Mixael Şumannın sözlərinə görə, parçalanmış qlobal ticarət mənzərəsində Çin beynəlxalq firmalar üçün tənzimləmə sabitliyinin sütunlarından birini təmsil edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri