Alman klubundan futbolçusuna “Qalatasaray” formalı ad günü sürprizi
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Greuther Fürt”ün 23 yaşlı hücumçusu Noel Futkeu üçün hazırladığı ad günü paylaşımı sosial şəbəkələrdə, xüsusən də Türkiyədə geniş rezonans doğurub.
İdman.Biz xəbər verir ki, klub Almaniya əsilli kamerunlu futbolçunun ad günü münasibətilə uşaqlıq dövrünə aid, üzərində “Qalatasaray” forması olan fotosunu yayımlayıb. Məhz bu detal paylaşımın qısa müddətdə böyük maraq cəlb etməsinə səbəb olub və xüsusilə “Qalatasaray” azarkeşlərinin diqqətini çəkib.
Hazırda “Greuther Fürt”də çıxış edən Noel Futkeu bu mövsüm komandası ilə 14 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun yüksək məhsuldarlığı Almaniya futbol ictimaiyyətində də xüsusi qiymətləndirilir.
Baxış sayı:59
Bu xəbər 07 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















