Alman nazir: Hücumla İranda hakimiyyət dəyişikliyi etmək mümkün deyil
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
İrana hücum etməklə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil.
Ölkə.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
“Belə bir hərbi hücumun nəzarətli rejim dəyişikliyinə səbəb olacağı gözlənilə bilməz. Oxşar hərbi əməliyyatlar nə İraqda, nə də Liviyada nəzarətli rejim dəyişikliyinə gətirib çıxarmayıb ki, bu ölkələrdə sonradan qanunun aliliyinə əsaslanan azad, demokratik bir struktur yaransın”, - Vadeful bu fikri ABŞ və İsrailin hücumu nəticəsində İranda rejim dəyişikliyinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Nazir vurğulayıb ki, xarici hərbi təsir nəticəsində hakimiyyət dəyişikliyinin mümkünsüzlüyünün qəbul edilməsi İran ətrafındakı vəziyyətin ayıq təhlilinə uyğundur.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 19 Mart 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















