Icma.az
close
up
RU
Alman romantizminin son cəngavəri adlandırılan yazıçı

Alman romantizminin son cəngavəri adlandırılan yazıçı

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün tanınmış alman yazıçı Yozef fon Eyxendorfun doğum günüdür.

Kulis.az bu münasibətlə onu həyatı haqqında maraqlı faktları təqdim edir.

Yozef Karl Benedikt fon Eyxendorf alman romantizminin ən görkəmli nümayəndələrindən biri hesab olunur.

Onun şeirləri bu gün də alman ədəbiyyatının ən çox oxunan nümunələrindən sayılır. Yalnız poeziyası deyil, "Bir sərgərdanın həyatından" (“Aus dem Leben eines Taugenichts”) adlı nəsr əsəri də alman ədəbiyyatının klassik əsərləri sırasına daxildir.

Eyxendorf Sileziyalı bir ailədə doğulub. Anası Karolin Lubovitz malikanəsinin varisi, atası Adolf Teodor Rudolf isə Prussiya Krallığı ordusunda zabit idi. Bu nəsil 17-ci əsrdən Sileziyada yaşayırdı.

Yozef və ondan iki yaş böyük qardaşı Vilhelm 1793–1801-ci illərdə bir keşişdən xüsusi təhsil alıblar.

Bu dövrdə Eyxendorf həm macəra və cəngavər romanları, həm də antik klassiklərlə tanış oldu və ədəbiyyata maraq göstərdi.

1794-cü ildə Praqaya, 1799-cu ildə isə Karlovıya səyahət edib, bu səfərlərdən xatirələrini dəftərlərində yazıb. 12 noyabr 1800-cü ildə isə gündəlik tutmağa və təbiət hadisələrini təsvir edən rəsmlər çəkməyə başlayıb.

1801-ci ildə o, qardaşı ilə birlikdə Breslaudakı katolik məktəbinə daxil oldu. Məktəb xərclərini bu dövrdə iflas etmiş atalarının yaxın qohumu Yohan Eyxendorf ödəyirdi.

Bu illərdə Eyxendorf həm teatr tamaşalarına baxır, həm də ilk şeirlərini yazırdı. Məktəbdə tanış olduğu Yosef Kristian von Zedlitz ilə dostluğu uzun müddət davam etdi.

1805–1806-cı illərdə Halle şəhərindəki Martin Lüter Universitetində hüquq təhsili aldı. Bu dövrdə tanınmış alimlərin dilçilik dərslərində iştirak etdi.

1807-ci ilin mayında qonşu Kozle şəhəri Napoleon ordusu və Bavyera birlikləri tərəfindən mühasirəyə alındığına görə Eyxendorf Heydelberqə gedərək akademik fəaliyyətini davam etdirməyi qərara aldı.

Yolunu təhlükəsiz və savaş riski olmayan güney marşrutu ilə seçdi: Moraviya, Avstriya və Bavyera üzərindən Heydelberqə gəldi.

Heydelberq Universitetində Anton Fridrix Tibautun hüquq dərslərində iştirak etdi, burada Akim von Arnim və Otto von Leben ilə tanış oldu.

Eyni dövrdə Fridrix Ştrauss və Vilhelm Budde ilə “Eleusis Birliyi” adlı bir şeir cəmiyyəti qurub əsərlərini paylaşırdılar.

1809-cu ildə Ratibor bölgəsində böyük torpaq sahibi Yohan von Larisçin qızı Aloysia ilə nişanlandı.

Eyni ilin noyabrında Berlinə gedərək, filosof Yohan Fixtenin dərslərinə qatıldı.

1813–1815-ci illərdə Napoleona qarşı Qurtuluş Savaşlarında iştirak edib.

Yozef fon Eyxendorfun bu gün də dünya oxucuları tərəfindən sevilərək oxunan "Bir sərgərdanın həyatından" əsərinin baş qəhrəmanı gənc və tənbəl bir oğlandır.

O, ailəsinin mülkündə yaşayıb işləmək əvəzinə, həyatı sərbəst, sərgüzəşt dolu şəkildə yaşamağı seçir. O, müəyyən bir peşəyə bağlı deyil, pul və sərvət axtarmır, sadəcə həyatdan zövq almağa çalışır.

Gənc oğlan evini tərk edir və səyyah həyatı yaşayır, müxtəlif yerləri görür, şəhərlərdə, kəndlərdə və təbiət qoynunda sərgüzəştlər yaşayıb insanlarla qarşılaşır. Bu yolçuluq zamanı o, fərqli insanlarla tanış olur, həm sevgi, həm də dostluq münasibətlərini öyrənir, sadə həyatın və təbiətin gözəlliyini kəşf edir.

Əsər boyunca baş qəhrəman sadə bir həyatın zövqünü, azadlığı və xoşbəxtliyi vurğulayır. O, heç bir zaman sərvət və ya yüksək sosial mövqe üçün çalışmır, həyatını öz prinsiplərinə uyğun qurur.

Əsər komik, romantik və bədii üslubda yazılıb, romantizm dövrünün tipik xüsusiyyətlərini - təbiət təsviri, sərbəst ruhlu qəhrəman və daxili duyğuların önə çıxması ideyasını özündə ehtiva edir.

Yozef fon Eyxendorfun poeziyası əsasən təbii gözəllik, romantik sevgi və insan ruhunun azadlığı mövzularına yönəlib. Onun şeirləri həm lirik, həm də musiqili ritmə malikdir, sadə və aydın dili ilə oxucuda dərhal emosional təsir yaradır.
Eyxendorf romantizmin ruhunu əks etdirərək təbiət və insan daxili aləminin harmoniyasını ön plana çəkir. Onu bəzən "alman romantizminin son cəngavəri" adlandırırlar.

Boradigah haqqında dəyərli tədqiqat - Elmira Axundova İranda konsul işləyən, "xalq düşməni" kimi güllənən qardaşlar - SSRİ onları necə ələ keçirdi? Eşqsiz həyat nəyə bənzər?.. - Günün mahnısı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri