Icma.az
close
up
RU
Alman turist skuterlə antik Roma əsərini qaçırmağa cəhd edib

Alman turist skuterlə antik Roma əsərini qaçırmağa cəhd edib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İtaliyanın paytaxtı Romada 24 yaşlı alman turist kirayə götürdüyü elektrikli skuter ilə antik Roma əsərini qaçırdığı zaman polis tərəfindən yaxalanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı ABŞ səfirliyinin yaxınlığında yerləşən tarixi Via Veneto küçəsində baş verib.

Roma polisi, gənc turistin skuterin ayaq hissəsində təxminən 30 kiloqramlıq mərmər sütun altlığı daşıdığını gördükdən sonra onu izləməyə başlayıb. Qısa müddət sonra saxlanılan turist, əsəri “xatirə olaraq” götürdüyünü bildirib. Əsərin ona kim tərəfindən verildiyi və ya alınıb-alınmadığı hələ bəlli deyil.

Roma Arxeologiya İdarəsi bu mərmər parçasının tarixi əhəmiyyətə malik bir Roma əsəri olduğunu açıqlayıb. Əsərin dəqiq olaraq haradan götürüldüyünü müəyyənləşdirmək üçün araşdırmalar davam edir.

Hazırda turistə qarşı hər hansı bir rəsmi ittiham irəli sürülməyib. Lakin “oğurlanmış mədəni irs nümunəsini saxlamaq” maddəsi üzrə istintaq başladılıb.

İtaliya rəsmiləri son illərdə turistlərin uyğun olmayan davranışlarının artmasından narahatdırlar.

Bundan əvvəl bəzi turistlər İspan pilləkənlərindən skuter və ya Maserati avtomobili ilə düşmüş, Pompey antik şəhərində motosiklet sürmüş və ya Kolizeyin divarlarına adlarını yazmışdılar.

Fevral ayında Yeni Zelandiyalı bir turist Trevi çeşməsinə tullandığı üçün cərimələnmiş, bu ayın əvvəlində isə bir amerikalı turist Roma Kolizeyinin ətrafındakı hasarı aşmağa çalışarkən iti dəmir parçasına düşərək təcili əməliyyata alınmışdı.

Rəsmilər, Romanın tarixi irsinə zərər verən bu cür hərəkətlərə qarşı daha sərt nəzarət tədbirləri görəcəklərini bildirirlər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri