Almaniya ABŞ gərginliyi: Amerika hərbçilərini ölkədən çıxarır?
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Almaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı bəyanatlarına təmkinli yanaşır və bu istiqamətdə kəskin addımların atılacağını gözləmir.
Axar.az xəbər verir ki, barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful danışıb.
Onun sözlərinə görə, Almaniyadakı Ramşteyn hava bazası, Landştuldakı hərbi hospital, Qrafenvörd təlim poliqonu və Ştutqartdakı qərargah həm ABŞ, həm də Almaniya üçün strateji əhəmiyyət daşıyır.
“ABŞ bu obyektlərə ehtiyac duyur və onlar hər iki tərəfin təhlükəsizliyinə xidmət edir”, - nazir vurğulayıb.
Y.Vadeful qeyd edib ki, Vaşinqtonun hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi yeni məsələ deyil və ABŞ uzun müddətdir diqqətini Sakit okean regionuna yönəltmək niyyətini bildirir:
“Bu çərçivədə Avropanın təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməsi vacib sayılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 May 2026 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















