Icma.az
close
up
RU
Almaniya Avropa İttifaqının korrupsiyaya qarşı sərtləşdirilmiş mübarizə tədbirlərinə ehtiyatla yanaşır

Almaniya Avropa İttifaqının korrupsiyaya qarşı sərtləşdirilmiş mübarizə tədbirlərinə ehtiyatla yanaşır

Icma.az bildirir, Azertag portalına istinadən.

Berlin, 14 iyun, AZƏRTAC

Almaniya hökuməti Avropa İttifaqında (Aİ) hazırda müzakirə edilən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş yeni direktivin bəzi müddəalarına ehtiyatla yanaşaraq, sənədə qarşı “yoxlama şərti” irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Spiegel” qəzetində dərc olunan məqalədə bildirilib. Məqalədə qeyd olunub ki, Almaniya Ədliyyə Nazirliyinin nümayəndələri Aİ Komissiyası, Avropa Parlamenti və Aİ Şurası arasında triloq formatında aparılan müzakirələrin növbəti mərhələsinə hazırlıq çərçivəsində keçirilən daxili iclasda vəzifədən sui-istifadənin Avropa İttifaqı səviyyəsində cinayət kimi qəbul edilməsinə qarşı çıxıblar. Bundan başqa, hökumət nümayəndələri hər bir üzv dövlətin korrupsiyaya qarşı ayrıca milli strategiya hazırlaması tələbinə qarşı da mövqe sərgiləyiblər.

“Vəzifədən sui-istifadə” maddəsinə qarşı Niderland, İtaliya və Lüksemburq hökumətləri də tənqid səsləndiriblər. Xüsusilə, vəzifədən şəxsi məqsədlər üçün istifadə hallarının cinayət kimi təsbit olunması məsələsində fikir ayrılığı müşahidə olunur. İtaliyada “vəzifədən sui-istifadə” maddəsi 2023-cü ildə cinayət hüququndan çıxarılıb. Hökumət bu addımı ədliyyənin üzərinə düşən yükün azaldılması və alternativ hüquqi mexanizmlərin mövcudluğu ilə əsaslandırıb, müxalifət isə bu qərara sərt etiraz edib.

Hazırkı mərhələdə Almaniya ilə yanaşı, yalnız Avstriya və Macarıstan hökumətləri də bütünlükdə direktivə qarşı ehtiyatlı yanaşma nümayiş etdirib. Digər Aİ ölkələrinin əksəriyyəti isə sənədə müsbət rəy verib.

Almaniya Ədliyyə Nazirliyi “Spiegel”in sorğusuna cavab olaraq, mövzu ilə bağlı rəsmi şərh verməyib və bunun Aİ daxilində davam edən prosedur olduğunu bildirib. Nazirliyin sözçüsü əlavə edib ki, korrupsiyaya qarşı mübarizə Almaniya hökuməti üçün önəmli məsələ olaraq qalır.

Məsələyə münasibət bildirən Avropa Parlamentinin almaniyalı üzvü, Yaşıllar Partiyasının deputatı Daniel Freund isə hökumətin bu mövqeyini tənqid edərək, bu addımın Aİ-də korrupsiyaya qarşı mübarizəni zəiflətməsinə səbəb olduğunu deyib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri