Almaniya biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqlim fəaliyyətini planlaşdırmasında sıx əməkdaşlıq lazımdır.
"Report" xəbər verir ki, bunu Almaniyanın Ətraf Mühit, Təbiəti Mühafizə, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Federal Naziri Seffi Lemke COP29 çərçivəsində təşkil olunmuş "Təbiət-müsbət gələcəyə nail olmaq üçün İqlim Fəaliyyəti və Biomüxtəlifliyin Qorunması və Paris Sazişinin Məqsədlərinə uyğunlaşdırılması" mövzusunda Qlobal Liderlər Dəyirmi Masasında bildirib.
Onun sözlərinə görə, gələn ildən Almaniya iqlimin maliyyələşdirilməsi öhdəliklərinin bir hissəsi olaraq biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq.
"Avropa Yenidənqurma və İnkişaf Bankı ilə təbiətə əsaslanan həllərdə özəl sektor investisiyaları üçün maliyyələşdirmə pəncərəsi üzərində işləyirik. Bu məsələdə Almaniyanın Ətraf Mühit Nazirliyi 8 milyon avro yardım edəcək. Biz təbiətə uyğun sərmayələr üçün maliyyə stimulları yaradırıq. İqlim fəaliyyəti və biomüxtəlifliyin qorunmasını əlaqələndirmək üçün aydın qərarlara ehtiyacımız var", - deyə qonaq qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Noyabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















