Almaniya BMT nin Açıq dənizlərin mühafizəsi sazişinə qoşulacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Almaniya hökuməti BMT-nin Açıq dənizlərin mühafizəsi sazişinə qoşulmasını və onun həyata keçirilməsini nəzərdə tutan iki qanun layihəsini qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ətraf Mühit Nazirliyinin məlumatında bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Monrealda keçirilən BMT Bioloji Müxtəliflik Konfransında (COP15) dünya dövlətləri 2030-cu ilədək planetin quru və dəniz ərazilərinin ən azı 30 faizinin mühafizə altına alınması öhdəliyini götürüb. 2023-cü ildə qəbul edilən bu sazişlə ilk dəfə olaraq dünya miqyasında açıq dənizlərdə mühafizə ərazilərinin yaradılması mümkün olacaq. Sənəd bütün dövlətlər üçün vahid ekoloji qaydalar müəyyən edir. Saziş indiyədək 145 ölkə, ö cümlədən Avropa İttifaqının bütün üzv dövlətləri tərəfindən imzalanıb. Artıq 75 dövlət və Avropa İttifaqı sənədi ratifikasiya edib. Yeni saziş çərçivəsində ilk Tərəf Dövlətlər Konfransının tarixi barədə müzakirələr aparılır.
Sazişi bütün istiqamətlərdə həyata keçirəcək Almaniya dənizlərin mühafizəsi üzrə beynəlxalq əməkdaşlıqda aparıcı ölkələrdən biridir. Federal hökumət “Living High Seas” layihəsi çərçivəsində beş tərəfdaş ölkə ilə birlikdə artıq açıq dənizlərdə ilk potensial dəniz mühafizə əraziləri üzrə təkliflər üzərində işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















