Icma.az
close
up
RU
Almaniya Bundestaqı 2025 ci ilin dövlət büdcəsini təsdiqləyib

Almaniya Bundestaqı 2025 ci ilin dövlət büdcəsini təsdiqləyib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 18 sentyabr, AZƏRTAC

Almaniya Bundestaqı 2025-ci ilin dövlət büdcəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, hökumətin bu il üçün büdcəsi 502,55 milyard avrodur. Bu, ötən illə müqayisədə 5,4 faiz çoxdur. Büdcə qanununda investisiyalar üçün 62,73 milyard avro nəzərdə tutulur. Gələcək illərə dair öhdəliklər isə ümumilikdə 153,09 milyard avro təşkil edir ki, bu da hökumətin əvvəlki layihəsindən 1,82 milyard avro çoxdur. Büdcə gəlirləri üzrə vergi və vergi xarakterli yığımlar 386,84 milyard avro həcmində nəzərdə tutulur.

Hökumət iqtisadi durğunluğu aradan qaldırmaq üçün infrastruktur sahəsinə 115 milyard avrodan çox investisiya yatırmağı planlaşdırır. Müdafiə xərcləri də kəskin artırılaraq 86 milyard avroya çatdırılıb. Belə ki, 62 milyard avro həcmində müdafiə büdcəsinə əlavə olaraq Bundesverin xüsusi fondlarından 24 milyard avronun da cəlb edilməsi nəzərdə tutulub. Sosial sahəyə ayrılacaq 190 milyard avrodan çox vəsaitin isə 122,5 milyard avrosu pensiya sığortasına yönəldiləcək.

Yeni qaydaya əsasən, müdafiə, mülki müdafiə, kəşfiyyat, IT təhlükəsizliyi və beynəlxalq hücumlara məruz qalmış dövlətlərə yardım xərcləri müəyyən həddən (ÜDM-in 1 faizi) çox olduqda borc məhdudiyyətinə tabe olmayacaq. Bundan başqa, Xüsusi Fond çərçivəsində 500 milyard avro həcmində borclanma imkanı yaradılır. Bu il fond hesabından 37,24 milyard avro xərclənəcək. Bunun 10 milyard avrosu İqlim və Transformasiya Fonduna, 11,71 milyardlıq hissəsi nəqliyyat infrastrukturuna, 1,5 milyardı xəstəxana infrastrukturuna, 4,04 milyardı isə rəqəmsallaşmaya ayrılacaq.

Qeyd edək ki, bu büdcə yalnız üç ay qüvvədə olacaq. “Ampel” koalisiyasının dağılmasından və növbədənkənar seçkilərdən sonra hökumət ilin əvvəlindən müvəqqəti büdcə ilə fəaliyyət göstərirdi. Gələn ilin büdcəsinə dair müzakirələrin yaxın vaxtlarda başlanacağı və onun Milad bayramına qədər qəbul ediləcəyi gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri