Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya hökuməti Əfqanıstandakı “Taliban” rejimi ilə əldə olunan razılaşma əsasında əfqan cinayətkarların vətənlərinə deportasiyasını sürətləndirəcək.
Bu barədə "Deutsche Welle" məlumat yayıb.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, gələcəkdə ayda üç çarter reysi həyata keçirmək mümkün olacaq.
“Bundan əlavə, müntəzəm reyslərlə fərdi qaydada geri qaytarılmalar da istənilən vaxt mümkündür”, - deyə o qeyd edib.
Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi ilə Əfqanıstanın faktiki hakimiyyəti arasında danışıqlar texniki səviyyədə aparılıb. Berlin “Taliban” hökumətini rəsmi olaraq tanımadığı üçün danışıqlar bu formada xarakterizə olunur.
Bu mövzuda digər xəbərlər:Belçika Suriya və Əfqanıstana deportasiyaları bərpa edir
25 Dekabr 2025 09:53
Moskvanın Əfqanıstana geoloji
06 Dekabr 2024 12:55
Pakistan Əfqanıstana hücum etdi
25 Dekabr 2024 14:36
Tramp Əfqanıstana qoşun yeridəcək?
19 Sentyabr 2025 12:45
Urmiya Əfqanıstana dönüb Pezeşkian
27 Oktyabr 2025 13:28
Baxış sayı:203
Bu xəbər 22 İyun 2026 01:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















