Almaniya “Əjdaha” sualtı qayığını İsrailə təhvil verib
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, yeni sualtı qayıq "Dolphin II" sinfinə aid olsa da, əvvəlki seriya gəmilərindən əhəmiyyətli dərəcədə fərqlənir. Onun gövdəsinin uzunluğu 73 metrə qədər artırılıb və konstruksiyası əsaslı şəkildə yenilənib.
Hərbi-dəniz nəşri "MarineForum"un məlumatına görə, ekspertlər hesab edirlər ki, sualtı qayığın böyüdülmüş üst quruluşu şaquli buraxılış sistemini gizlədə bilər.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, sualtı qayıq üçədək ballistik raket və ya səkkizədək şaquli buraxılışlı qanadlı raket daşıya bilər. Bundan əlavə, gəmi sualtı pilotsuz aparatların istifadəsi və xüsusi təyinatlı bölmələrin əməliyyatları üçün nəzərdə tutulan bölmələrlə təchiz olunub.
Rəsmi Qüds sualtı qayığın göyərtəsində “unikal sistemlər” və “inqilabi texnologiyalar”ın olduğunu təsdiqləsə də, onların detalları açıqlanmır.
“Əjdaha”nın silahlanmasına 533 və 650 millimetr kalibrli 10 torpedo aparatı daxildir. Analitiklər ənənəvi olaraq "Dolphin" ailəsinə aid sualtı qayıqları İsrailin strateji çəkindirmə sisteminin dəniz komponentinin əsas elementlərindən biri kimi qiymətləndirirlər.
“Əjdaha” İsrailin sualtı donanmasının yeni nəslinə keçiddə mühüm mərhələ hesab olunur. 2031-ci ildən etibarən İMQ-i üç "Dakar" sinifli sualtı qayıq alacağı gözlənilir. Bu gəmilər tədricən köhnəlməkdə olan "Dolphin", "Leviathan" və "Tekuma" sualtı qayıqlarını əvəz edəcək.
Yeni seriyanın tikintisi ilə bağlı müqavilə 2022-ci ildə imzalanıb və dəyəri təxminən 3 milyard avro təşkil edir. Məbləğin təxminən 20 faizini Almaniya hökuməti maliyyələşdirir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2021–2025-ci illərdə Almaniya İsrail müdafiə sənayesi məhsullarının ikinci ən böyük alıcısı olub. Bu dövrdə Almaniyanın İsrail silah ixracındakı payı 21 faiz təşkil edib və tədarüklərə “Arrow 3” raketdən müdafiə sistemi də daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















