Icma.az
close
up
RU
Almaniya Emrelidən danışır Mahirin seçimi necə olacaq?

Almaniya Emrelidən danışır Mahirin seçimi necə olacaq?

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mahir Emreli bir çox klubun maraq dairəsindədir. Mövsüm onun üçün kifayət qədər maraqlı keçdi: Azərbaycan millisinin hücumçusu “Nürnberq”də yaxşı məhsuldarlıqla yadda qaldı və indi yeni çağırışlara hazırdır. Əsas sual isə budur: o, karyerasını harada davam etdirəcək?

İdman.biz xəbər verir ki, Almaniyada çıxış etməsi Mahir üçün yeni üfüqlər açıb.

Almaniya futbolunun onsuz da təqdimata ehtiyacı yoxdur, 2-ci Bundesliqanın səviyyəsi də kifayət qədər yüksəkdir. Bu baxımdan “Nürnberq”ə keçidi azərbaycanlı forvard üçün doğru seçim saymaq olar. Üstəlik, komandanın baş məşqçisi əfsanəvi Miroslav Klozedir və Emreli özü də etiraf edib ki, bu mənada onun uşaqlıq arzusu reallaşıb.

Ümumilikdə mövsüm Mahir üçün asan keçmədi: yüksəlişlər də oldu, enişlər də. Amma uzun bir yolda heç kim bundan sığortalanmayıb. Əsas odur ki, o, “Nürnberq”də özünü sübut edə bildi. Azarkeşlər onu meydandakı əzmkarlığı və oyununa görə sevdilər, o isə buna qollarla cavab verdi. Mövsümün son hissəsində isə Emrelini dayandırmaq mümkün deyildi: o, “Paderborn”la qarşılaşmada iki, “Kayzerslautern” və “Fortuna” ilə oyunların hərəsində bir qol vurdu. Ən yaddaqalan məqam isə “Ayntraxt Braunşveyq"lə matçda het-trik etməsi və turun rəmzi yığmasına seçilməsi oldu.

Mahir ümumilikdə "Nürnberq"in heyətində 11 dəfə fərqlənib ki, onlardan 10-u çempionatda, 1-i isə Almaniya kubokunda olub. Komandası da mövsümü 10-cu pillədə başa vurub.

Emrelinin “Nürnberq”dən ayrılması başadüşüləndir. Kloze özü də klubun bununla bağlı qərarı çoxdan verdiyini bildirib. Üstəlik, Mahirin məhsuldarlığı fonunda onun qarşısında təklif bolluğu var. Bu təkliflərin bir qismi Almaniyadandır: xüsusilə “Kayzerslautern” və Bundesliqa təmsilçisi “Sankt Pauli” onunla maraqlanırlar. Karyerasını Almaniyada davam etdirməsi də çox real görünür: adaptasiya problemi olmayacaq, həm də onun adı indi gündəmdədir. Almaniya mətbuatı da təriflər yağdırır: "Bild" nəşri onun mövsümün sonundakı het-trikinə “Mahir sehrbaz olur” başlıqlı yazı ilə reaksiya verib.

Hərçənd Mahirin tam fərqli bir istiqaməti seçməsi də mümkündür. Amma yəqin ki, Emreli tələsməyəcək və karyerasına yeni təkan verəcək ağıllı qərar qəbul edəcək. Bu isə "Nürnberq"dən daha güclü bir komanda olmalıdır ki, Mahir öz ambisiyalarını gerçəkləşdirə bilsin. Görünən odur ki, Bundesliqa klublarından birinə keçid getdikcə daha məntiqli görünür.

Amma gəlin, qabaqcadan proqnoz verməyək və hadisələrin necə inkişaf edəcəyini gözləyək.

Zaki Feyzullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri