Icma.az
close
up
RU
“Almaniya Ermənistanı sülh manipulyasiyasından çəkinməyə çağırmalıdır”

“Almaniya Ermənistanı sülh manipulyasiyasından çəkinməyə çağırmalıdır”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya Prezidenti Frank Valter Ştayenmayerin ölkəmizə səfəri zamanı rəsmi görüşlərdə Azərbaycan Prezidentinin verdiyi mesajlar çox ciddi əhəmiyyət daşıyır. İlk növbədə dövlət başçımız Qarabağla bağlı qərəzli iddiaların heç bir əsası olmadığını bəyan etdi. Ştayenmayer isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirdi. Ümumiyyətlə, Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı hörmət əsasında, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında münasibətlər qurub. Almaniya ilə əlaqələrdə də bu prinsiplər üstünlük təşkil edir. Bütün dövlətlər kimi Azərbaycan üçün də ərazi büvütövlüyü və suverenliyə hörmətlə yanaşılması əsas prioritetdir. Bu məsələ Almaniya Prezidentinin ölkəmizə səfəri zamanı bir daha aktuallaşdı. Səfərdən öncə Ştayenmayerin yol verdiyi siyasi səhvin cavabı ən yüksək səviyyədə verildi. 

Almaniya Prezidenti son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunun daha sabit bölgəyə çevriləcəyini də bildirdi. Amma Berlinin Cənubi Qafqaz siyasətində müəyyən boşluqlar müşahidə olunur. Hər nə qədər Ştayenmayer Qarabağı Azərbaycanın tərkib hissəsində tanıdığını etiraf etsə də bu ölkənin Ermənistana yanaşması, atılan bəzi qərəzli addımlar təəssüf doğurur. Berlinin ən böyük səhvi işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamasıdır. Hələ ki, Almaniya Fransa kimi Ermənistana öldürücü silahlar ötürməsə də “balansı qorumaq” ritorikası da qəbuledilən deyil. Belə yanaşmalar Ermənistanı arxayınlaşdırır, sülh ətrafında manipulyasiyanı davam etdirməsinə zəmin yaradır. Almaniya tərəfi sərhədyanı bölgələrdə Ermənistanın törətdiyi təxribatlarla bağlı narahatlıq ifadə edə bilərdi, irəli sürülən şərtlərin yerinə yetirilməsini tələb etməsə də tövsiyə edə bilərdi. Amma bunun əksinə olaraq, qondarma rejimin “bayrağı” virtual olaraq nümayiş olunur, alman telekanalında tarixi faktları təhrif edən film nümayiş etdirilir və s. Bu yanaşma heç bir halda ədalətə söykənmir.  

Cənab Prezident Almaniya başda olmaqla bəzi bəlli Qərb dairələrinə növbəti dəfə xəbərdarlıq etdi. Dövlət başçımız bəyan etdi ki, Ermənistanın baş nazirindən sülh göyərçini düzəltməyə ehtiyac yoxdur. İkinci Qarabağ savaşından sonra regionda ilk sülh təşəbbüsünün müəllifi Azərbaycandır. Bu gün Azərbaycanın irəli sürdüyü şərtlər yenilik deyil. Ermənistanın bu şərtləri yerinə yetirməsi üçün heç bir maneə yoxdur. ATƏT-in Minsk Qrupunun ləğvi, Ermənistanın Konstitusiyasında dəyişiklik labüddür. Bu, dayanıqlı sülhün təminatıdır. Almaniya da daxil olmaqla Qərbdəki bəlli dairələr guya sülhə dəstək verdiklərini bəyan edirlər. Amma bu gün böyük güclərin ən böyük dəstəyi sülhə mane olmamalarındadır.

Könül Nurullayeva

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Aprel 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri