Almaniya fələstinlilərin qovulması planını qəbul etmir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bildirib ki, Trampın fələstinliləri qovmaq təklifləri dərin narahatlıq və qorxu mənbəyidir. Məlumatı “Anadolu” verib.
Almaniya prezidentinin sözlərinə görə, bu planlar beynəlxalq hüquq baxımından qəbuledilməzdir.
Valter Ştaynmayer qeyd edib ki, Yaxın Şərq və region çox aktiv dövr yaşayır: Qəzzada atəşkəs razılaşması əldə olunub, girovların azad edilməsində irəliləyiş var, Livanda atəşkəs elan olunub, Bəşər Əsəd rejimi sona çatıb və Suriyada yeni başlanğıc mövcuddur.
“Almaniya və Türkiyə baş verənlərə müxtəlif nöqteyi-nəzərdən baxır, lakin bizim ümumi maraqlarımız var – regionda davamlı sülhün bərqərar olması. Bu baxımdan Türkiyə çox vacib oyunçudur. Biz Prezidentlə razıyıq ki, bütün bu gərginlik qarşısında biz fürsətlərdən istifadə etməliyik, regionda dinc və davamlı inkişaf istəyirik”, - deyə Ştaynmayer əlavə edib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















