Icma.az
close
up
RU
Almaniya hərbi alışa 377 milyard avro xərcləyəcək

Almaniya hərbi alışa 377 milyard avro xərcləyəcək

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Almaniya 2026-cı ildə hərbi satınalmalara 377 milyard avro xərcləmək niyyətindədir.

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bununla bağlı 39 səhifəlik geniş siyahı hazırlanıb.

Siyahıda quruda, havada, dənizdə, kosmosda və kiberməkanda 377 milyard avro dəyərində arzu olunan satınalmalar öz əksini tapıb. Bu sənəd Almaniya Silahlı Qüvvələrinin 2026-cı il büdcəsi üçün satınalma planının icmalını təqdim edir, lakin bunların çoxu uzunmüddətli satınalmalardır və dəqiq vaxt çərçivəsi yoxdur. Bildirilib ki, bu, Almaniyanın müdafiə sisteminin çoxdan gecikmiş əsaslı təmiri üçün bir növ yol xəritəsidir.

Siyahıdakı maddələrin parlamentin büdcə komitəsində səsverməyə çıxarılması üçün kifayət qədər işlənib hazırlandıqdan sonra kiçik hissələrdə təqdim edilməsi planlaşdırılır. 

Sənədlərə əsasən, Almaniya Silahlı Qüvvələri gələn ilin büdcə dövrü ərzində təxminən 320 yeni silah və texnika layihəsinə start verməyi planlaşdırır. Onlardan 178-i artıq qeydiyyatdan keçib, qalanları isə nəzərdən keçirilir. Bunlardan ümumi dəyəri təxminən 182 milyard avro olan təxminən 160 layihə alman şirkətlərini əhatə edir.

Sənəd, xüsusilə, ümumilikdə 687 Puma piyada döyüş maşınının çatdırılmasını nəzərdə tutur. Hava hücumundan müdafiə sahəsində Bundesver dronlara qarşı mübarizə üçün 561 ədəd Skyranger 30 qısa mənzilli qüllə sistemi almağı planlaşdırır. 

Almaniya Silahlı Qüvvələri  həmçinin Amerikanın Lockheed Martin şirkətindən təxminən 2,5 milyard avroya 15 F-35 təyyarəsi almaq istəyir. Bundan başqa, sənəddə təxminən 1,15 milyard avroya 400 "Tomahawk Block Vb" qanadlı raketin və üç "Lockheed Martin Typhon" buraxılış qurğusunun alınması sadalanır.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri