Icma.az
close
up
RU
Almaniya hökuməti elektrik avtomobillər üçün vergi güzəştinin müddətini uzadıb

Almaniya hökuməti elektrik avtomobillər üçün vergi güzəştinin müddətini uzadıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 15 oktyabr, AZƏRTAC

Almaniya hökuməti elektrik avtomobillərinin alınmasını təşviq etmək və avtomobil sənayesinə dəstək üçün vergidən azadolma müddətini beş il uzadıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, yeni qərara əsasən, 2030-cu ilin sonunadək qeydiyyata alınan elektrik avtomobillər ən çox 10 il müddətinə vergidən azad ediləcək. Bu müddət daha sonra 2035-ci ilin sonunadək uzadıla bilər.

Almaniyanın maliyyə naziri Lars Klinqbayl bildirib ki, qərar həm vətəndaşlara, həm də avtomobil sənayesinə mühüm dəstək verəcək. Onun sözlərinə görə, hökumətin məqsədi alman avtomobil sənayesini gələcəyə yönəltmək və mövcud iş yerlərini qorumaqdır: “Biz istəyirik ki, dünyanın ən yaxşı avtomobilləri bundan sonra da Almaniyada istehsal olunsun”.

Bundan başqa, az və orta gəlirli vətəndaşların emissiyasız nəqliyyat vasitələrinə keçidini asanlaşdırmaq üçün dəyəri 3 milyard avro olan maliyyə proqramının icrası nəzərdə tutulub. Bu vəsait İqlim və Transformasiya Fondu ilə Avropa İttifaqının İqlim Sosial Fondundan ayrılacaq və 2029-cu ilə qədər davam edəcək. Həmçinin, şirkətlər üçün də əlavə vergi güzəşti tətbiq olunacaq ki, bununla dəyəri 100 min avroyadək olan elektrik avtomobil alan müəssisələr alış dəyərinin 75 faizini vergi hesabından silə biləcəklər. Maliyyə Nazirliyi hesab edir ki, vergi güzəştləri 2026-cı ildə 50 milyon avro, 2030-cu ildə isə 380 milyon avro həcmində iqtisadi yüngülləşmə yaradacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see362

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see145

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see136

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see135

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see125

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri