Icma.az
close
up
RU
Almaniya hökuməti ölkəyə daha 2600 əfqan qaçqını gətirmək istəyir

Almaniya hökuməti ölkəyə daha 2600 əfqan qaçqını gətirmək istəyir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Xarici İşlər Nazirliyi yaxın günlərdə ölkəyə daha 162 əfqanın gətiriləcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya XİN-dən “Bild” qəzetinə məlumat verilib. Məlumatda bildirilib ki, Pakistanda hazırda Almaniyadan rəsmi qəbul barədə təsdiq almış təxminən 2600 əfqan qaçqın var.

Almaniyanın Daxili İşlər Nazirliyi əfqanların qəbul edilməsinə dair hüquqi öhdəliyin mövcud olduğunu bildirib. Əfqan qaçqınların ölkəyə gətirilməsinin qarşıdakı günlərdə də davam etdirilməsi, bunun üçün daha 16 aviareysin həyata keçirilməsi nəzərdə tutulur.

Ölkədə formalaşmaqda olan koalision hökumətlə bağlı müqavilədə “fərdi qəbul proqramlarının mümkün qədər dayandırılacağı” qeyd edilsə də, hazırkı hökumət bu öhdəliklərin icrasını davam etdirməsi müxalifət tərəfindən sərt etirazla qarşılanıb. Xristian-Demokratlar İttifaqının (CDU) təmsilçisi Yurqen Hardt beynəlxalq hərbi missiyanın başa çatmasından dörd il keçməsinə baxmayaraq, hələ də Əfqanıstandan insanların çıxarılmasının cəmiyyət üçün anlaşılmaz olduğunu bildirib, federal hökuməti bu proqramları dərhal dayandırmağa çağırıb.

Xristian-Sosial İttifaqının (CSU) baş katibi Martin Huber isə xarici işlər naziri Annalena Berboku öz ideologiyasını axıra qədər sərt şəkildə həyata keçirməkdə tənqid edərək, bunun etikadan uzaq olduğunu vurğulayıb.

Qeyd edək ki, Əfqanıstan üzrə qəbul proqramı çərçivəsində Almaniyaya gətirilən şəxslər üçün ümumilikdə 150 milyon avrodan çox vəsait xərclənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri