Almaniya höküməti: Ukraynaya dair sülh planı üzərində intensiv iş davam etdiriləcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna münaqişəsinin tənzimlənməsinə dair sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək.
APA xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius kansler Fridrix Merzin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığından sonra açıqlayıb.
Korneliusun sözlərinə görə, dörd lider Ukraynada atəşkəs danışıqlarının gedişatını müzakirə ediblər.
“Sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam etdiriləcək”, - deyə o bildirib.
Rəsmi nümayəndə əlavə edib ki, dövlət və hökumət başçıları hazırkı mərhələni “Ukrayna və bütövlükdə Avroatlantik məkanın təhlükəsizliyi üçün həlledici an” kimi qiymətləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 10 Dekabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















