Almaniya Hörmüz boğazında hərbi missiyada iştiraka edəcək
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya ordusu Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə beynəlxalq missiyada, o cümlədən minaların təmizlənməsi və dəniz kəşfiyyatında iştirak edə bilər.
Modern.az “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Avropa ölkələrinin dövlət və hökumət başçılarının Hörmüz boğazındakı vəziyyətlə əlaqədar Parisdə keçirilən görüşündən sonra açıqlamasında deyib.
Almaniyanın Hörmüz boğazının mühafizəsi üçün hərbi əməliyyata qoşulmağa hazır olduğunu qeyd edən Kansler bu baxımdan minaların təmizlənməsi və dəniz kəşfiyyatını nümunə gətirib. O, hərbi əməliyyatda iştirak üçün əsas şərtin İranla hərbi əməliyyatların dayandırılması olduğunu bildirib. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi kimi möhkəm hüquqi bazanın, həmçinin Almaniya hökumətinin və Bundestaqın təsdiqinin tələb olunduğunu vurğulayıb.
Kansler İranın boğazı müəyyən şərtlərlə açmasını müsbət hal kimi vurğulasa da, keçidlərin beynəlxalq dəniz hüququna tam uyğun və heç bir məhdudiyyət olmadan həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 17 Aprel 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















