Icma.az
close
up
RU
Almaniya ilə münasibətlərdə yeni gərginlik XİN rəhbəri Bakıda nə deyib?

Almaniya ilə münasibətlərdə yeni gərginlik XİN rəhbəri Bakıda nə deyib?

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Hurriyyet.az “Müsavat”a istinadən xəbər verir ki, “Frau Skandal” ləqəbi ilə tanınan nazir, COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əməkdaşlığın müzakirə edilməli olduğu halda, əsas diqqətini Azərbaycana tənqidlər ünvanlamağa yönəldib. Onun fikrincə, Azərbaycan “demokratik standartlara” riayət etmir və insan haqları sahəsində çatışmazlıqlara yol verir.

Berbok, eyni zamanda 76 deputatın, o cümlədən alman Bundestaqı üzvlərinin Azərbaycana girişinə qadağa qoyulmasını “tamamilə qəbuledilməz” adlandırıb. O bildirib ki, “bu məhdudiyyətlər Avropa Şurası çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə ziddir və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil”.

Xarici işlər naziri Ceyhun Bayramov isə Berbokla görüş zamanı Azərbaycanın mövqeyini qəti şəkildə çatdırıb. O vurğulayıb ki, ölkəmiz haqsız və qərəzli kampaniyaların hədəfinə çevrilib və bu məsələdə ədalət gözlənilməlidir. Lakin Berbokun hansı konkret “demokratik standartların” pozulduğunu iddia etməsi yenə də sual doğurur. Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur, müntəzəm seçkilər keçirilir, vətəndaş cəmiyyəti aktiv fəaliyyət göstərir.

Berbokun bu cür iddiaları daha çox Avropa dövlətlərinin Azərbaycana qarşı siyasi təzyiq yaratmaq cəhdləri kimi görünür. Əslində, Azərbaycanda qərbyönümlü namizədlərin zəif nəticələri Qərbin prioritetlərini düzgün təyin edə bilməməsindən qaynaqlanır, ölkənin “demokratik problemləri” ilə deyil. Bundan başqa, hər bir dövlətin, o cümlədən Azərbaycanın əcnəbilərin ölkəyə girişinə qadağa qoymaq hüququ var. Bu, beynəlxalq hüququn qəbul etdiyi norma olmaqla yanaşı, Vyana Konvensiyası ilə də təsdiqlənib. Azərbaycanın bu addımının səbəbi də kifayət qədər aydındır: Avropa Şurası Parlament Assambleyasının deputatlarının Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini tanımamaq qərarıdır.

Azərbaycanın belə bir qəti mövqe nümayiş etdirməsi məntiqəuyğundur. Çünki son illərdə ölkəmizə qarşı “insan haqları pozuntuları” ilə bağlı iddialar tez-tez səsləndirilir. Amma bu iddiaların əsl məqsədi başqadır: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və öz suveren hüquqlarını müdafiə etməsi bəzilərini narahat edir. Bakı isə bu məsələlərdə güzəştə getmək niyyətində deyil və prinsipial mövqeyini davam etdirir.

Berbokun davranışları təkcə bu səfərlə məhdudlaşmır. Onun ötən il Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar da böyük narazılığa səbəb olub. Belə ki, xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Qarabağın şəhərlərini erməni adları ilə adlandırıb. Ceyhun Bayramov dərhal onun bu ifadələrini düzəldərək, Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub.

Bundan əlavə, jurnalistlərin Berbokdan Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyini soruşması zamanı o, guya bu görüşün baş tutduğunu deyib. Amma sonradan məlum olub ki, onun Bakıda görüşdüyü qrup Ermənistanın deportasiya etdiyi qaçqınlar deyil, ümumi vətəndaş cəmiyyəti nümayəndələri olub. Eyni zamanda Berbok Ermənistan səfəri zamanı “Qarabağdan olan qaçqınlar”la görüşüb və “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də qatılıb. Bu hadisə o dövrdə ciddi etirazlarla qarşılanıb.

Nəticə etibarilə, Annalena Berbokun səfərləri və bəyanatları Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, Almaniyanın diplomatik nüfuzuna da ziyan vurur. Azərbaycan isə öz mövqeyindən geri çəkilmədən beynəlxalq hüquq çərçivəsində hərəkət edir və öz haqqını qorumaqda davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Noyabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see180

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see144

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see132

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see131

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see131

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see128

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see128

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see128

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see126

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see125

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see125

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see124

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see123

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see122

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see121

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see121

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see119

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see119

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see117

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri