Icma.az
close
up
RU
Almaniya ilə münasibətlərdə yeni gərginlik XİN rəhbəri Bakıda nə deyib?

Almaniya ilə münasibətlərdə yeni gərginlik XİN rəhbəri Bakıda nə deyib?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Demokrat.az  “Müsavat”a istinadən xəbər verir ki, “Frau Skandal” ləqəbi ilə tanınan nazir, COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əməkdaşlığın müzakirə edilməli olduğu halda, əsas diqqətini Azərbaycana tənqidlər ünvanlamağa yönəldib. Onun fikrincə, Azərbaycan “demokratik standartlara” riayət etmir və insan haqları sahəsində çatışmazlıqlara yol verir.

Berbok, eyni zamanda 76 deputatın, o cümlədən alman Bundestaqı üzvlərinin Azərbaycana girişinə qadağa qoyulmasını “tamamilə qəbuledilməz” adlandırıb. O bildirib ki, “bu məhdudiyyətlər Avropa Şurası çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə ziddir və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil”.
Xarici işlər naziri Ceyhun Bayramov isə Berbokla görüş zamanı Azərbaycanınmövqeyini qəti şəkildə çatdırıb. O vurğulayıb ki, ölkəmiz haqsız və qərəzli kampaniyaların hədəfinə çevrilib və bu məsələdə ədalət gözlənilməlidir. Lakin Berbokun hansı konkret “demokratik standartların” pozulduğunu iddia etməsi yenə də sual doğurur. Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur, müntəzəm seçkilər keçirilir, vətəndaş cəmiyyəti aktiv fəaliyyət göstərir.

Berbokun bu cür iddiaları daha çox Avropa dövlətlərinin Azərbaycana qarşı siyasi təzyiq yaratmaq cəhdləri kimi görünür. Əslində, Azərbaycanda qərbyönümlü namizədlərin zəif nəticələri Qərbin prioritetlərini düzgün təyin edə bilməməsindən qaynaqlanır, ölkənin “demokratik problemləri” ilə deyil. Bundan başqa, hər bir dövlətin, o cümlədən Azərbaycanın əcnəbilərin ölkəyə girişinə qadağa qoymaq hüququ var. Bu, beynəlxalq hüququn qəbul etdiyi norma olmaqla yanaşı, Vyana Konvensiyası ilə də təsdiqlənib. Azərbaycanın bu addımının səbəbi də kifayət qədər aydındır: Avropa Şurası Parlament Assambleyasının deputatlarının Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini tanımamaq qərarıdır.
Azərbaycanın belə bir qəti mövqe nümayiş etdirməsi məntiqəuyğundur. Çünki son illərdə ölkəmizə qarşı “insan haqları pozuntuları” ilə bağlı iddialar tez-tez səsləndirilir. Amma bu iddiaların əsl məqsədi başqadır: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və öz suveren hüquqlarını müdafiə etməsi bəzilərini narahat edir. Bakı isə bu məsələlərdə güzəştə getmək niyyətində deyil və prinsipial mövqeyini davam etdirir.
Berbokun davranışları təkcə bu səfərlə məhdudlaşmır. Onun ötən il Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar da böyük narazılığa səbəb olub. Belə ki, xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Qarabağın şəhərlərini erməni adları ilə adlandırıb. Ceyhun Bayramov dərhal onun bu ifadələrini düzəldərək, Azərbaycanın rəsmi mövqeyini ortaya qoyub.

Bundan əlavə, jurnalistlərin Berbokdan Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyini soruşması zamanı o, guya bu görüşün baş tutduğunu deyib. Amma sonradan məlum olub ki, onun Bakıda görüşdüyü qrup Ermənistanın deportasiya etdiyi qaçqınlar deyil, ümumi vətəndaş cəmiyyəti nümayəndələri olub. Eyni zamanda Berbok Ermənistan səfəri zamanı “Qarabağdan olan qaçqınlar”la görüşüb və “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də qatılıb. Bu hadisə o dövrdə ciddi etirazlarla qarşılanıb.
Nəticə etibarilə, Annalena Berbokun səfərləri və bəyanatları Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, Almaniyanın diplomatik nüfuzuna da ziyan vurur. Azərbaycan isə öz mövqeyindən geri çəkilmədən beynəlxalq hüquq çərçivəsində hərəkət edir və öz haqqını qorumaqda davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri