Icma.az
close
up
RU
Almaniya iqtisadiyyatı ilin birinci rübündə güclü artım nümayiş etdirib

Almaniya iqtisadiyyatı ilin birinci rübündə güclü artım nümayiş etdirib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 23 may, AZƏRTAC

Bu ilin birinci rübündə Almaniya iqtisadiyyatı güclü artım nümayiş etdirib. Yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki rüblə müqayisədə 0,4 faiz artıb. Bu, proqnozlaşdırılan 0,2 faizlik göstəricidən iki dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub.

Artımın əsas səbəblərindən biri mart ayında müşahidə olunan gözlənilməz iqtisadi canlanmadır. Xüsusilə emal sənayesində istehsalın, eləcə də avtomobil, dərman və digər məhsulların ixracının artması bu müsbət dinamikaya töhfə verib. ABŞ ilə mövcud ticarət münaqişəsindəki mümkün tarif dəyişikliklərinə görə baş verən tələbat artımı da ixracın artmasına təsir göstərib.

Ölkədə özəl istehlak xərcləri də rüblük müqayisədə 0,5 faiz artıb. Bunun başlıca səbəbləri kimi inflyasiyanın zəifləməsi və bəzi sahələrdə maaşların əhəmiyyətli dərəcədə artması göstərilir. Tikinti sahəsinə investisiyalar 0,5 faiz, avadanlıqlara sərmayələr isə 0,7 faiz artım göstərib.

Bu müsbət tendensiyaya baxmayaraq, iqtisadiyyat üçün uzunmüddətli perspektivlər hələ də qeyri-müəyyəndir. 2025-ci il üçün Almaniya üzrə iqtisadi artım əvəzinə durğunluq proqnozlaşdırılır. Həm İqtisadi Məsələlər üzrə Ekspertlər Şurası, həm də Beynəlxalq Valyuta Fondu və Avropa Komissiyası bu ilin zəif nəticələr verəcəyini gözləyir.

2026-cı ildə isə yenidən iqtisadi artım mümkün görünür. Ekspertlər həmin il ÜDM-in bir faiz artacağını proqnozlaşdırır. Federal hökumətin müdafiə və infrastruktur layihələrinə ayıracağı milyardlarla avro məbləğində vəsaitin iqtisadiyyatı canlandıracağı gözlənilir. Bununla yanaşı, ABŞ ilə tarif münaqişəsinin həlli və Almaniya hökumətinin vergi sahəsində və əmək bazarında planlaşdırdığı islahatların da iqtisadi canlanmaya əlafə töhfə verəcəyi gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri