Almaniya iqtisadiyyatı tənəzzüldən xilas olub
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya 0,2 faiz artımla tənəzzüldən xilas olub.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatlarına əsasən, ölkədə mövsümi və təqvim amillərindən təmizlənmiş ÜDM 2025-ci ilin yanvar-mart aylarında əvvəlki rüblə müqayisədə 0,2 faiz artım göstərib.
Bazar proqnozu Avropanın ən böyük və dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahib olan Almaniyanın 0,2 faiz artması yönündə idi.
Beləliklə, ilk rübdə qeydə alınan yüngül artımdan sonra Almaniya iqtisadiyyatı "ardıcıl iki rübdə ÜDM-in azalması" ilə xarakterizə olunan texniki resessiyaya daxil olmayıb. Almaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,2 faiz azalmışdı.
Rüblük əsasda iqtisadi artıma müsbət töhfəni investisiyalar və əhalinin son istehlak xərcləri verib.
İlk rübdə təqvim təsirindən təmizlənmiş illik ÜDM artımı isə mənfi 0,2 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Aprel 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















